...

Azərbaycan BMT və İƏT əməkdaşlığı üzrə yüksəksəviyyəli görüş təşkil edəcək

Siyasət Materials 3 Oktyabr 2013 13:09 (UTC +04:00)
BMT və İslam Əməkdaşlığı Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan oktyabrın 28-də yüksəksəviyyəli görüş təşkil edəcək.
Azərbaycan BMT və İƏT əməkdaşlığı üzrə yüksəksəviyyəli görüş təşkil edəcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

BMT və İslam Əməkdaşlığı Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan oktyabrın 28-də yüksəksəviyyəli görüş təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Nyu-Yorkda keçirilən mətbuat konfransında bildirib.

Azərbaycanın bu təşəbbüsü ölkənin BMT Təhlükəsizlik Şurasında sədrliyi müddətində həyata keçiriləcək.

Azərbaycan oktyabrın birindən BMT Təhlükəsizlik Şurasına sədrlik edir.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi ölkənin təşkilatda öz sədrliyi dövründə həyata keçirmək niyyətində olan planları açıqlayıb.

Onun sözlərinə görə, oktyabr ayında BMT Təhlükəsizlik Şurası üzvlərinin Afrikaya səfərinin təşkil olunması planlaşdırılır.

Missiya Konqo, Ruanda və Uqandaya səfər edəcək, o cümlədən Əddis-Əbəbədə Afrika İttifaqının Təhlükəsizlik Şurası ilə danışıqlar aparacaq.

Oktyabrda, o cümlədən Təhlükəsizlik Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirələr, münaqişədən sonrakı vəziyyətlərdə qanunun aliliyinin təmin olunmasında qadınların rolu və BMT Təhlükəsizlik Şurasının öz işinin metodları da daxil olmaqla bir sıra açıq iclaslar keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti