...

Müstəqil müşahidəçi Azərbaycanda prezident seçkilərində səsvermə prosesini yüksək qiymətləndirib

Siyasət Materials 9 Oktyabr 2013 18:38 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edilib. Bu barədə Trend-ə açıqlamasında Rumıniya parlamentinin üzvü Damian Draqiçi bildirib.
Müstəqil müşahidəçi Azərbaycanda prezident seçkilərində səsvermə prosesini yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edilib. Bu barədə Trend-ə açıqlamasında Rumıniya parlamentinin üzvü Damian Draqiçi bildirib.

"Seçkilərin Müşahidəsi üzrə Avropa Akademiyası" QHT-nin nümayəndəsi vurğulayıb ki, onun da daxil olduğu nümayəndə heyəti bir neçə seçki məntəqəsinə baş çəkib.

Onun sözlərinə görə, nümayəndə heyətinin bütün üzvləri Azərbaycanda prezident seçkiləri zamanı seçki prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti