...

Prezident İlham Əliyev və xanımı yeni salınan Dədə Qorqud parkında görülən işlərlə tanış olublar (FOTO)

Siyasət Materials 22 Oktyabr 2013 15:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 22-də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşlar.
Prezident İlham Əliyev və xanımı yeni salınan Dədə Qorqud parkında görülən işlərlə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 22-də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşlar.

Parkda görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, parkda paytaxt sakinlərinin istirahəti üçün bütün lazımi şəraitin yaradılması istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir. İnşaat işləri ilə yanaşı, parkda yeni yaşıllıq zolaqları salınır, abadlıq və quruculuq işləri görülür.

Parkda Azərbaycan mədəniyyətinin nadir nümunələrindən olan Dədə Qorqud dastanına ucaldılan abidə kompleksi üzərində tamamlama işləri də həyata keçirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın ərazisini gəzdilər, inşaat işlərinin gedişi ilə maraqlandılar.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti