...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 23 Oktyabr 2013 17:49 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhəyan Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhəyan Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-alinizə uğurlar, dost Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da güclənəcəkdir".

XXX

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Hörmətli cənab Prezident, Zati-alinizə uğurlar, dost Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da möhkəmlənəcəkdir".

XXX

İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İsveçrə Federal Şurası adından təbriklərimi böyük məmnuniyyətlə Sizə çatdırıram. Ali dövləti vəzifənizdə Sizə yeni uğurlar, ölkənizə isə rifah və tərəqqi arzulayıram.

İsveçrə ölkələrimiz arasında təşəkkül tapmış yaxın dostluq əlaqələrini yüksək dəyərləndirir. Əminəm ki, hazırda mövcud yüksək səviyyəli münasibətlərimiz gələcəkdə daha da genişlənəcək və inkişaf edəcəkdir".

XXX

"Atletiko de Madrid" Klubunun sədri Migel Anxel Xill Marindən:

"Yenidən Azərbaycan Respublikası Prezidenti seçilməyiniz münasibətilə Sizi "Atletiko de Madrid" Futbol Klubu adından təbrik etmək istəyirik.

Biz çox şadıq ki, Azərbaycanın inkişaf prosesi Sizin siyasi liderliyiniz altında davam edəcəkdir. Ümidvarıq ki, bu prosesdə biz də iştirak edəcəyik.

Azərbaycanın strateji tərəfdaşı kimi biz əməkdaşlıq yolumuzu, eləcə də, Sizin ölkənizin imicini təşviq etmək və İspaniya ilə Azərbaycan arasında münasibətləri növbəti illərdə də möhkəmləndirməyə hazırıq.

Sizin siyasi uğurlarınıza və bizim xüsusi dostluğumuza yeni idman nailiyyətləri əlavə etmək bizim üçün şərəf olardı.

Sizə fəaliyyətinizdə bir daha uğurlar arzulayırıq".

XXX

İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Libermandan:

"İcazə verin, Sizi inauqurasiya və Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamağınız münasibətilə ürəkdən təbrik edim.

Sizə gözəl ölkənizin rifahı naminə yeni uğurlar arzulayıram.

Əminəm ki, İsrail ilə Azərbaycan arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə və yaxınlarınıza cansağlığı diləyirəm".

XXX

Küveytin "Əl-Nəvadi Holding" şirkəti İdarə Heyətinin sədri və səlahiyyətli üzvü Şeyx Təlal Əli Abdullah Əl-Cabir Əl-Sabahdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alilərinizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Zati-alilərinizə Allah-taaladan cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına və ölkənizə inkişaf və çiçəklənmə diləyirəm".

XXX

Sinqapur Respublikasının Prezidenti Toni Tan Ken Yamdan:

"Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizə və Azərbaycan xalqına Sinqapur xalqı adından və öz adımdan ən xoş arzularımı çatdırmaq istərdim.

Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Siz Azərbaycan Respublikasının Sinqapura səfər edən ilk dövlət başçısı olmusunuz. Ötən ilin noyabrında Sinqapura rəsmi səfəriniz zamanı ölkələrimizin inkişafı və geniş əməkdaşlıq imkanları barədə səmərəli müzakirələrimiz olmuşdur. Məmnunluqla qeyd etmək istərdim ki, Sizin bu səfəriniz ölkələrimizin rəsmiləri arasındakı əməkdaşlığa yeni təkan vermişdir.

Qeyd etmək istərdim ki, Sinqapurun "Keppel Offshore & Marine" şirkəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə bu yaxınlarda Bakıda gəmiqayırma zavodunu istifadəyə vermişdir. Bu cür əməkdaşlıq ölkələrimiz arasında yüksək əlaqələrdən xəbər verir.

Əminəm ki, bu əlaqələr xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha böyük ticarət və investisiya imkanları yaradacaqdır.

Zati-alinizə möhkəm cansağlığı və rifah, Azərbaycan Respublikasına və xalqına isə sülh, xoşbəxtlik arzu edirəm".

XXX

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının idarə heyətinin sədri Bilal Dündardan:

"Azərbaycanın inkişafındakı böyük xidmətlərinizin qədir- qiymətini bilən uca xalqınızın böyük etimadı ilə yenidən Prezident seçilməyinizi bayram sevinci ilə qeyd edirik.

Qafqazın parlayan ulduzu olan Azərbaycanın daha da inkişafı üçün göstərdiyiniz səylərin davamlı olacağına ürəkdən inanırıq.

Sizi səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik, uzun ömür və uğurlar arzulayıram".

XXX

Krans Montana Forumunun təsisçisi və prezidenti Səfir Jan Pol Karterondan:

"Azərbaycan Respublikasının Prezidenti kimi inaqurasiyanız münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq hissi duyuram.

Dünyanın bu qədər çətin vəziyyətdə olduğu bir dövrdə ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm.

Əminəm ki, Azərbaycanı daha da inkişaf etdirmək işində yeni uğurlar qazanacaqsınız".

XXX

Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanovdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Türkdilli Ölkələrin Parlament Assambleyasının katibliyi adından ən səmimi təbriklərimi çatdırıram.

Sizin rəhbərliyinizlə Azərbaycanda siyasi sabitlik, davamlı iqtisadi inkişaf və sosial rifah kursu uğurla həyata keçirilmişdir.

Azərbaycanın ev sahibi olaraq, Türkdilli Ölkələrin Parlament Assambleyasının katibliyinə dəstəyini və fəaliyyətimiz üçün hərtərəfli şərait yaratmasını çox yüksək qiymətləndiririk.

Zati-aliləri, ən yüksək ehtiramımı Sizə çatdırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti