Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir R. Hafizoğlu/
Uzaqmənzilli raketlərin hazırlanması üzrə Çinlə imzalanan müqavilə Türkiyə və ABŞ arasında ticarət əlaqələrinə təsir edə bilər.
Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ankaradakı sədiri Frensis Rikardone deyib.
Onun sözlərinə görə, Türkiyə-ABŞ münasibətləri hazırda əvvəlki kimi yüksək səviyyədədir, lakin Vaşinqton uzaqmənzilli raketlərin hazırlanmasına dair Çinlə imzalanan müqaviləyə görə təəssüflənir.