...

Gürcüstanın yeni Prezidentinin inauqurasiyasına Şevardnadze və Saakaşvili də dəvət olunub

Siyasət Materials 4 Noyabr 2013 21:52 (UTC +04:00)
Noyabrın 17-də Gürcüstanın yeni seçilmiş Prezidenti Georgi Marqvelaşvilinin inauqurasiya mərasiminə sabiq prezidentlər Eduard Şevardnadze və Mixail Saakaşvili də dəvət olunub.
Gürcüstanın yeni Prezidentinin inauqurasiyasına Şevardnadze və Saakaşvili də dəvət olunub

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Noyabrın 17-də Gürcüstanın yeni seçilmiş Prezidenti Georgi Marqvelaşvilinin inauqurasiya mərasiminə sabiq prezidentlər Eduard Şevardnadze və Mixail Saakaşvili də dəvət olunub.

Trend-in məlumatına görə, xarici işlər naziri xanım Mayya Pancikidze bildirib ki, mərasimə Gürcüstan parlemanti də tam tərkibdə dəvət olunub.

Həmçinin, tədbirdə 70 ölkədən xarici qonaqların iştirak edəcəyi gözlənilir.

Dəvətlilər arasında Rusiya nümayəndə heyəti olmayacaq. Belə ki, Gürcüstanın bu ölkə ilə diplomatik münasibəti yoxdur.

Xəbər lenti

Xəbər lenti