...

İran XİN: "Altılıq"la danışıqlarda ciddi uğur əldə olunmayıb

Siyasət Materials 22 Noyabr 2013 05:42 (UTC +04:00)
"Biz nüvə proqramına dair saziş üzərində işləməyə davam edirik, lakin ciddi uğurlar əldə olunmayıb".
İran XİN: "Altılıq"la danışıqlarda ciddi uğur əldə olunmayıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

"Biz nüvə proqramına dair saziş üzərində işləməyə davam edirik, lakin ciddi uğurlar əldə olunmayıb". Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib.

A.Əraqçi deyib: "Danışıqlar davam etdirilir. Əsas diqqət tərəflər arasında fikirayrılıqlarına yetirilib".

Əvvəllər Avropa diplomatiyasının nümayəndəsi və İranla danışıqlarda "altılığ"ın rəhbəri Ketrin Eşton bildirmişdi ki, artıq bu həftə razılaşma əldə oluna bilər: "Hələlik tərəflər razılığa gəlməsə, danışıq aparanlar Cenevrədə qalmağa hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti