Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Rusiya və İran Suriya rejiminin fəaliyyətinə haqq qazandırmaq üçün bəhanə axtarır. Trend-in məlumatına görə, bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "TRT Haber" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə Suriya hökumətinin cinayətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün həmişə səy göstərib.
Ə.Davudoğlu qeyd edib ki, rəsmi Ankara Suriya ordusunun müxaliflərə qarşı törətdiyi hərbi cinayətlərin əks olunduğu 55 min şəkil yayıldıqdan sonra Moskva və Tehranın Suriya hökumətinə münasibətdə mövqeyini dəyişəcəyinə ümid edir.