...

SAM dünyanın ən güclü beyin mərkəzlərindən biri seçildi

Siyasət Materials 24 Yanvar 2014 10:36 (UTC +04:00)
ABŞ-ın Pensilvaniya Universitetinin "Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı" 2014-cü ildə dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlayıb.
SAM dünyanın ən güclü beyin mərkəzlərindən biri seçildi

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

ABŞ-ın Pensilvaniya Universitetinin "Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı" 2014-cü ildə dünya üzrə beyin mərkəzlərinin yeni reytinqini açıqlayıb.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) əsas reytinq sayılan "Dünya üzrə top-150 beyin mərkəzi" sıralamasında regional liderliyini qoruyaraq 123-cü yerdə qərarlaşıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, ötən il SAM bu reytinqdə 124-cü idi.

Hesabatda SAM Mərkəzi və Şərqi Avropanın 31-ci ən yaxşı beyin mərkəzi seçilib.

Ən yaxşı təbliğat aparan beyin mərkəzlərinin reytinqində SAM 52-ci olub.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi dünyada 27-ci, Avropada isə 9-cu ən güclü dövlət beyin mərkəzi seçilib.

Ən yaxşı idarə olunan beyin mərkəzlərinin siyahısında isə SAM dünyada 49-cu yerdədir.

Hesabatda Azərbaycanda 17 beyin mərkəzinin olduğu qeyd edilib ki, bu da ölkəmizin MDB məkanında Rusiya və Ukrayna ilə birlikdə ilk üçlükdə qərarlaşdığını göstərir.

Azərbaycan beyin mərkəzlərinin Pensilvaniya Universitetinin "Beyin mərkəzləri və vətəndaş cəmiyyəti proqramı"nın yeni reytinqində üstün mövqeləri Azərbaycan Prezidenti İlham Əliyevin "qara qızılın insan kapitalına çevrilməsi" siyasətinin bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti