...

İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi fevralın 18-də keçiriləcək

Siyasət Materials 1 Fevral 2014 02:25 (UTC +04:00)
Tehranın nüvə proqramı üzrə beynəlxalq vasitəçilərin ("altılıq") İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü yanvarın 18-də Vyanada baş tutacaq.
İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi fevralın 18-də keçiriləcək

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Tehranın nüvə proqramı üzrə beynəlxalq vasitəçilərin ("altılıq") İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü yanvarın 18-də Vyanada baş tutacaq. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Avropa diplomatiyasının rəhbəri Ketrin Eştonun mətbuat katibi Maykl Mann bildirib.

Görüş siyasi direktorlar səviyyəsində keçiriləcək.

Qeyd edək ki, "altılığ"a ("P5+1" qrupu) Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi K.Eşton danışıqlarda "3+3" qrupunun əlaqələndiricisidir.

Xatırladaq ki, İran və dünyanın altı lider dövləti noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti