...

Əhməd Oruc: Azərbaycan müxalifətində əksər formatlar sınanıb, heç bir ciddi nəticə əldə olunmayıb

Siyasət Materials 7 Fevral 2014 17:13 (UTC +04:00)
Azərbaycan müxalifətində əksər formatlar sınanıb, heç bir ciddi nəticə əldə olunmayıb. Bu barədə Trend-ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Əhməd Oruc: Azərbaycan müxalifətində əksər formatlar sınanıb, heç bir ciddi nəticə əldə olunmayıb

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan müxalifətində əksər formatlar sınanıb, heç bir ciddi nəticə əldə olunmayıb. Bu barədə Trend-ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Partiya sədri bildirib ki, birliklərin hamısında eyni şəxslər prosesləri dalana gətirib çıxarıb: "İndi istəyirik ki, yeni bir model ortaya qoyaq. Çalışırıq, 2015-ci il seçkilərinə qədər nəsə edək, amma hələlik hamının başı müxalifətdaxili davaya qarışıb".

Müsavat Partiyasının bələdiyyə və parlament seçkilərində birgə iştirakla bağlı Milli Şurada olmayan qüvvələrlə müzakirəyə başlayacağı barədə məlumata münasibət bildirən Ə.Oruc, konkret təklif olarsa, baxıla biləcəyini deyib:

"Müsavat Partiyası ilə bizim rəsmi müzakirələrimiz yoxdur. Amma Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslərlə müəyyən məsələlər üzrə fikir mübadilələrimiz zaman-zaman olur, ancaq bu, hansısa konkret əməkdaşlıqla bağlı konkret müzakirələr anlamına gəlmir. Əgər biz partiyaların keçmişini, nə etdiyini, bizə konkret münasibətlərini, hansı mərhələdə hansı rol tutduğunu nəzərə alsaq, heç bir əməkdaşlıqdan söhbət getmir. Hamının bir-birinə söyləməyə çoxsaylı ittihamları var. Ancaq nəzərə alsaq ki, biz müəyyən prinsiplərə, ideologiyaya söykənən partiyayıq, o zaman həmin prinsiplər çərçivəsində, o cümlədən milli demokratik düşərgənin dirçəldilməsi ilə bağlı istənilən partiya ilə, o cümlədən Müsavat Partiyası ilə əməkdaşlıq məsələsinə baxa bilərik".

Qeyd edək ki, Ə.Oruc bir müddət öncə Azərbaycanın müxalifət düşərgəsində yeni birliyin yaradılması ilə bağlı müzakirələr getdiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti