...

İran ABŞ istehsalı olan hərbi yük təyyarəsini təmir edərək yenidən istifadəyə verib

Siyasət Materials 18 Fevral 2014 11:45 (UTC +04:00)
İranda ABŞ istehsalı olan "C-130 Hercules" hərbi yük təyyarəsi təmir edilərək yenidən istifadəyə verilib.
İran ABŞ istehsalı olan hərbi yük təyyarəsini təmir edərək yenidən istifadəyə verib

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Cəfərov/

İranda ABŞ istehsalı olan "C-130 Hercules" hərbi yük təyyarəsi təmir edilərək yenidən istifadəyə verilib. Trend-in məlumatına görə, bu barədə tasnimnews xəbər saytı məlumat verir.

Məlumata əsasən, hərbi yük təyyarəsi iranlı mütəxəssislər tərəfindən Şirazın şəhid Abbas Dövran adlı yeddinci bazasında əsaslı təmir olunub.

Hazırda həmin hərbi yük təyyarəsi uçuş və əməliyyat sınaqlarını müvəffəqiyyətlə keçirib və İran Hərbi Hava Qüvvələrinin nəqliyyat donanmasına təhvil verilib.

İran "C-130 Hercules" hərbi yük təyyarəsindən İran-İraq müharibəsi dövründə texnika və hərbçilərin daşınmasında istifadə edib.

"C-130 Hercules" hərbi yük təyyarələri ABŞ-ın "Lockheed Martin" şirkəti tərəfindən istehsal olunub və dünyanın 50-dən çox ölkəsində istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti