...

Elmar Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti ilə görüşüb

Siyasət Materials 18 Fevral 2014 22:08 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti İsmayıl Safini qəbul edib.
Elmar Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti İsmayıl Safini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən danışıb, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin region ölkələri üçün əhəmiyyətini vurğulayıb.

İ.Safi E.Məmmədyarova rəhbərlik etdiyi Fondun fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Azərbaycan ilə Fond arasında əməkdağlığın gələcəkdə daha da genişləndirilməsinə ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti