...

Avropa İttifaqı və Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb (FOTO)

Siyasət Materials 28 Fevral 2014 13:03 (UTC +04:00)
Bu gün Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb.
Avropa İttifaqı və Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir S.Əhmədova/

Bu gün Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb. Bu barədə Trend-ə Azərbaycanın Avropa İttifaqındakı Nümayəndəliyindən məlumat verilib.

Sazişi Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Aİ yanında Nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərov, Avropa İttifaqı tərəfindən isə Avropa Komissiyasının Daxili Siyasət üzrə baş direktoru Stefano Manservisi və hal-hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Yunanıstanın Avropa İttifaqındakı səfiri Teodoros Sotiropolus imzalayıblar.

Bu Saziş 29 noyabr 2013-cü il tarixində Vilnüs Sammiti zamanı imzalanmış Azərbaycan Respublikası və Avropa İttifaqı arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi Sazişi ilə birgə Avropa Parlamenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti