...

ABŞ Rusiyaya viza sanksiyaları tətbiq edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Mart 2014 18:20 (UTC +04:00)
ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyinə cavab olaraq bu ölkənin suverenliyi və ərazi bütövlüyünə təhdidə görə cavabdeh hesab etdiyi məmur və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edir.
ABŞ Rusiyaya viza sanksiyaları tətbiq edir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:02-də yayılıb)

Azərbaycan, Bakı, 6 mart /Trend/

ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyinə cavab olaraq bu ölkənin suverenliyi və ərazi bütövlüyünə təhdidə görə cavabdeh hesab etdiyi məmur və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin bəyanatında deyilir.

Prezidentin tapşırığına əsasən, bu gün Dövlət Departamenti bəzi məmur və fiziki şəxslərə qarşı viza sanksiyaları tətbiq edəcək.

Viza sanksiyalarına məruz qalan şəxslərin adı açıqlanmasa da, onların Ukrayna və Rusiya vətəndaşları olduğu bildirilir.

Bundan başqa, Prezidentin imzaladığı digər sərəncam Ukraynada demokratik proseslərə, ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı zərərli fəaliyyət göstərən, Kiyevin icazəsi olmadan Ukraynanın hər hansı bir hissəsində dövlət qurmaq istəyən fiziki şəxslərə və təşkilatlara sanksiyalar tətbiq etməyə imkan verir.

Vəziyyət daha da pisləşərsə, sanksiyaların sərtləşdirilməsi istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti