...

Türkiyənin Quru Qoşunları Komandanı Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 10 Mart 2014 15:02 (UTC +04:00)
Martın 10-da Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akar Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Türkiyənin Quru Qoşunları Komandanı Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Bakı, 10 mart /Trend/

Martın 10-da Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akar Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarın rəsmi səfəri martın 12-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti