Azərbaycan, Bakı, 12 mart /Trend/
Assosiasiya sazişinin hissəsi olan Avropa İttifaqı (Aİ) və Ukrayna arasında azad ticarət haqqında müqavilə mayın 25-nə təyin edilmiş prezident seçkilərindən sonra qüvvəyə minə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu Avropa Parlamentində çıxışı zamanı deyib.
J.M.Barrozu bildirib: "Sammitdə qərara gəldik ki, mayda prezident seçkilərindən öncə siyasi başlıqları imzalayaq. Prezident seçkilərindən sonra azad ticarət haqqında müqavilə və assosiasiya haqqında sazişin digər başlıqları da qüvvəyə minə bilər".