...

Azərbaycan və Əfqanıstan regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələlərini müzakirə ediblər

Siyasət Materials 19 Mart 2014 18:02 (UTC +04:00)
Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Əfqanıstan regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri Azərbaycan ilə Əfqanıstan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, tərəfdaşlıq əlaqələrinin daim inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Qonaq Azərbaycanla Əfqanıstan arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib və NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarda Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsini xüsusi vurğulayıb. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna 1 milyon avro ayrılmasını da ölkəsində sülh və təhlükəsizliyin bərqərar edilməsinə verilən töhfə kimi qiymətləndirib.

Sonra ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Görüşdə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Miraslam Vazeri də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti