...

İran Azərbaycanla neft və qaz mübadiləsi sahəsində ciddi addımların atılmasını gözləyir

Siyasət Materials 27 Mart 2014 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbirlər İ.İzzət, Ü.Niayeş/

İran Azərbaycanla neft və qaz mübadiləsi sahəsində ciddi addımların atılmasını gözləyir. Trend-in "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin martın 27-də Biləsuvar və Parsabad deputatı Həbib Borumənd ilə görüşündə vurğulayıb.

O, həmçinin qeyd edib ki, iki ölkənin münasibətləri yüksək səviyyədədir və bu munasibətlərin inkişafı İran və Azərbaycanın xeyrinədir.

İki ölkə arasında ticarət dövriyyəsinin 10 faiz artdığını xatırladan səfirin fikrincə, İranın Ərdəbil əyaləti Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında böyük potensiala malikdir: "İranın yeni hakimiyyəti diplomatiya sahəsində önəmli addımlar atıb və biz yeni ildə İran və Azərbaycan arasında iqtisadi və siyasi sahələrdə, o cümlədən neft və qaz mübadiləsində ciddi addımların atılmasını gözləyirik".

İranlı deputat H.Borumənd isə Azərbaycan dövlətinin yeni ildə (İran təqvimi ilə) Aslandüz sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı razılığını xatırladıb və bunun iki ölkənin munasibətlərinin daha da güclənməsinə səbəb olacağına ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti