...

Rəbiyyət Aslanova: Suriyada döyüşən azərbaycanlılar geri qayıdanda qanun qarşısında cavab verəcəklər

Siyasət Materials 29 Mart 2014 12:57 (UTC +04:00)
Suriyada gedən döyüşlərdə iştirak etmək üçün həmin ölkəyə gedən azərbaycanlılar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Trend-in məlumuta görə, bunu jurnalistlərə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.
Rəbiyyət Aslanova: Suriyada döyüşən azərbaycanlılar geri qayıdanda qanun qarşısında cavab verəcəklər

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/

Suriyada gedən döyüşlərdə iştirak etmək üçün həmin ölkəyə gedən azərbaycanlılar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Trend-in məlumuta görə, bunu jurnalistlərə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

R.Aslanova qeyd edib ki, Suriyaya gedən azərbaycanlılar qanunlarımızın əsas müddəalarını bilməlidirlər: "Suriyaya gedən insanlarımızın da geri qayıdacağına inanıram. Onlar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan vətəndaşlarının bu gün Suriyada başlarına gələnlər, hər bir ölüm xəbəri bizi narahat edir. Övladları Suriyaya gedən valideynlərin də vəziyyətini başa düşürəm. Heç bir ana övladının xarici ölkədə ölməsini istəməz".

Komitə sədri bildirib ki, Suriyaya Azərbaycan gənclərinin getməsi prosesi artıq dayanıb.

Onun sözlərinə görə, hazırda Suriyada müxtəlif qruplaşmaların tərkibində olan azərbaycanlı gənclər öncədən bu ölkəyə gedənlərdir: "Gənclərimiz bilməlidirlər ki, muzdla başqa ölkələrdə vuruşmaq qanunun əsas müddəalarının pozulması deməkdir. Bu gənclərin belə bir yol seçmələrində qanunları bilməmələri, məlumatsızlıqları əsas rol oynayıb".

R.Aslanova əlavə edib ki, gənclərimiz müəyyən qüvvələrin təsiri altında bu yola düşüblər: "Hazırda gənclərin maarifləndirilməsi istiqamətində işlər aparılır, qanunlarımız sərtləşdirilib".

O, qeyd edib ki, gənclərimizin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis təsir edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti