Azərbaycan, Bakı, 1 aprel /Trend/
Türkiyənin paytaxtı Ankarada polis Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasının qarşısında keçirilən etiraz aksiyasını dağıdır.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, polis nümayişçilərdən nəqliyyatın hərəkətinə mane olmamaq üçün dağılışmağı tələb edib. Bundan sonra polis su şırnaqları və səs bombalarından istifadə edib.
MSK bu gün daha çox mübahisə yaranan məntəqələrdə səslərin təkrar sayılması barədə qərar qəbul edib.
Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.