...

Azərbaycan Polad İstehsalı Kompleksi İqtisadiyyat və Sənaye Nazirliyinə hesabat verməli olacaq

Siyasət Materials 15 Aprel 2014 19:49 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Azərbaycan Polad İstehsalı Kompleksi İqtisadiyyat və Sənaye Nazirliyinə hesabat verməli olacaq

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli sərəncamında aşağıdakı dəyişikliklər edilib.

Sərəncamın 4.1-ci və 4.2-ci bəndləri aşağıdakı redaksiyada verilir:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.1.1. Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;
4.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
4.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə:
4.2.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
4.2.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
4.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
4.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi.

Sərəncamın 4.3.2-ci yarımbənd ləğv edilir.

Nazirlər Kabineti və İqtisadiyyat və Sənaye Nazirliyinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti