...

Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə NATO-nun ekspertlər qrupu arasında işçi görüşü keçirilir

Siyasət Materials 14 May 2014 17:34 (UTC +04:00)
Mayın 14-dən Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin birgə ekspert qərargah görüşü keçirilir.
Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə NATO-nun ekspertlər qrupu arasında işçi görüşü keçirilir

Azərbaycan, Bakı, 14 may /Trend/

Mayın 14-dən Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin birgə ekspert qərargah görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ekspertlər tərəfindən dənizdə neft platformalarının mühafizəsi, döyüş gəmilərində şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, gəmi komandirləri və onların köməkçilərinin təlim və təhsildə bacarıqlarının yüksəldilməsi məsələləri müzakirə edilib.

Tədbir mayın 15-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti