...

Prezident İlham Əliyev "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 İyun 2014 19:16 (UTC +04:00)
Dövlət Proqramında qeyd olunur ki, ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir.
Prezident İlham Əliyev "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Səhiyyə Nazirliyinə həvalə edilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət Proqramında qeyd olunur ki, ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir.

Son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilib. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Bu da respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaradıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada ana və körpə ölümü göstəriciləri azalıb. Belə ki, ana ölümü əmsalı hər 100 min diridoğulana 2006-cı ildə 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5 təşkil edib. Körpə ölümü göstəricisi isə hər 1000 diridoğulana müvafiq illərə görə 11,9-dan 10,8-ə enib.

Bununla belə, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər hələ də qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların ekspertlərinin rəylərinə əsasən bu sahədə görülmüş məqsədyönlü tədbirlərə və xidmətin göstəricilərinin yaxşılaşmasına baxmayaraq, respublikada diri və ölü doğulma hallarının mövcud meyarlarının beynəlxalq meyarlara uyğun olmamasına görə rəsmi statistik göstəricilər vəziyyətin real və obyektiv qiymətləndirilməsinə imkan vermir.

Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi, beynəlxalq diridoğulma meyarlarına keçilməsi vasitəsilə Azərbaycan Respublikasında perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlərdir.

Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nda "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında qadınlara və uşaqlara göstərilən müalicə-profilaktika yardımının keyfiyyətini yüksəltmək, onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir.

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

- ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının gücləndirilməsi;

- regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatlarının davam etdirilməsi;

- doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;

- uşaqlara, o cümlədən yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması;

- respublikada diridoğulmanın beynəlxalq meyarlarının tətbiq edilməsi;

- əhali, xüsusilə hamiləliyəqədərki dövrdə olan qadınlar və gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında səhiyyə maarifi işinin daha geniş surətdə aparılması və qadınların sağlamlığının mühafizəsi sahəsində tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı

Sıra

№-si

Tədbirin adı

İcraçı orqanlar

İcra

müddəti

(illər üzrə)

1

2

3

4

4.1. Perinatal yardımın səviyyələri üzrə tibbi xidmətin yaxşılaşdırılması

4.1.1.

Respublikanın şəhər və rayonlarında doğuşayardım xidməti göstərən aşağıdakı tibb müəssisələrinin təmiri və tibbi avadanlıqlarla təchiz edilməsi:

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu; Mingəçevir Şəhər Rayonlararası Doğum Evi; Salyan Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsi; Masallı Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsi; Goranboy Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsi; Zərdab Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsi; Qəbələ Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsi

Səhiyyə Nazirliyi

2014-2018

4.1.2.

Yenidoğulmuşlara, xüsusən azçəkili

Səhiyyə Nazirliyi

2014-2020

1

2

3

4

körpələrə reanimasiya yardımının göstərilməsi üçün doğuşayardım müəssisələrinin zəruri tibbi avadanlıqlarla, dərman və tibbi ləvazimatlarla təchiz olunması işinin təkmilləşdirilməsi

4.1.3.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, akademik M.Ə.Mirqasımov

adına Respublika Klinik Xəstəxanasında, respublika və regional perinatal mərkəzlərində səyyar konsultativ xidmətin təşkili və onların xüsusiləşdirilmiş nəqliyyat vasitələri ilə təmin edilməsi

Səhiyyə Nazirliyi

2014-2015

4.2. Antenatal yardım xidmətlərinin təkmilləşdirilməsi

4.2.1.

Antenatal yardım göstərən tibb müəssisələri şəbəkəsinin işinin təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2014

4.2.2.

Antenatal yardım göstərən tibb müəssisələrinin tibbi avadanlıq və cihazlarla təchizatının yaxşılaşdırılması

Səhiyyə Nazirliyi

2014-2015

4.3. Sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara

yardımın göstərilməsinin təşkil edilməsi

4.3.1.

Sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsi üzrə klinik protokolların və metodik sənədlərin hazırlanması

Səhiyyə Nazirliyi

2014-2018

4.3.2.

Perinatal diaqnostika üzrə klinik protokolların hazırlanması və antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri üçün müvafiq təlimlərin keçirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

4.3.3.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda anadangəlmə patologiyaların profilaktikası məqsədi ilə preimplantasion və tibbi-genetik müayinələrin təşkil edilməsi

Səhiyyə Nazirliyi

2014-2015

4.3.4.

Yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədi ilə neonatal müayinənin (skrininqlərin) aparılması

Səhiyyə Nazirliyi

mütəmadi

4.4. Ana və uşaqların sağlamlığının qorunması sahəsində kadr hazırlığının

təkmilləşdirilməsi

4.4.1.

Ana və uşaqların sağlamlığının qorunması sahəsində çalışan həkim və orta tibb işçilərinin davamlı tibbi təhsilinin (təlimlərin və klinik təcrübələrin) həyata keçirilməsi

Səhiyyə Nazirliyi

2014-2020

1

2

3

4

4.4.2.

Ana və uşaqların sağlamlığının qorunması sahəsində xidmət göstərən tibb işçilərinin xarici ölkələrdə müasir texnologiyalarla işləmək vərdişlərinin təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2014-2020

4.4.3.

Uşaqların qidalandırılmasına aid yeni təlimatın hazırlanması və tibb işçiləri üçün müvafiq təlimlərin keçirilməsi

Səhiyyə Nazirliyi

2014-2015

4.5. Diridoğulmanın beynəlxalq meyarlarının ölkə üzrə tətbiq edilməsi

4.5.1.

Diridoğulmanın beynəlxalq

meyarlarına keçidlə əlaqədar tənzimləyici normativ hüquqi aktların hazırlanması

Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi

2014-2015

4.5.2.

Səhiyyə sahəsində rəsmi statistika hesabatlarının və tibbi qeydiyyat formalarının diridoğulmanın beynəlxalq meyarlarına uyğunlaşdırılması

Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2014-2015

4.5.3.

Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar klinik protokolların və müvafiq təlimatların hazırlanması

Səhiyyə Nazirliyi

2014-2015

4.5.4.

Tibbi təhsil sahəsində tədris proqramlarının diridoğulmanın beynəlxalq meyarlarına uyğun olaraq təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi

2014-2015

4.5.5.

Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ictimai maarifləndirmə işinin həyata keçirilməsi

Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2014-2016

4.6. Ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin yaradılması

4.6.1.

Hamilə qadınların vahid elektron registrinin yaradılması

Səhiyyə Nazirliyi

2014-2015

4.6.2.

Reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması

Səhiyyə Nazirliyi

2014-2015

4.6.3.

Doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin yaradılması və həyata keçirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

4.6.4.

Uşaqlar arasında xəstələnmə hallarının azaldılması, xəstəliklərin erkən aşkar edilməsi, onların sağlamlığının

yaxşılaşdırılması məqsədi ilə dispanserizasiyanın həyata keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

4.6.5.

Dövlət Proqramının icrasına dair monitorinqlərin keçirilməsi və icmal hesabatlarının hazırlanması

Səhiyyə Nazirliyi

mütəmadi

1

2

3

4

4.7. Ana və uşaq sağlamlığının qorunması sahəsində ictimai maarifləndirmənin həyata keçirilməsi

4.7.1.

Reproduktiv sağlamlıq, o cümlədən abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə maarifləndirmə işinin həyata keçirilməsi

Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

mütəmadi

4.7.2.

Uşaqların ana südü ilə qidalandırılması barədə ictimai maarifləndirmə işinin həyata keçirilməsi

Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2014-2020

Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

- ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

- diridoğulmanın beynəlxalq meyarlarının tətbiq edilməsi;

- kadr hazırlığının gücləndirilməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti