...

Həsən Ruhani: ABŞ Prezidenti ilə məktublaşmaqda heç bir maneə yoxdur

Siyasət Materials 14 İyun 2014 12:11 (UTC +04:00)
"Əgər mən və ABŞ Prezidenti Barak Obama hər hansı bir məsələ ilə bağlı danışmaq istəsək, bir-birimizə məktub yazırıq. Bu məsələdə heç bir maenə yoxdur".
Həsən Ruhani: ABŞ Prezidenti ilə məktublaşmaqda heç bir maneə yoxdur

Azərbaycan, Bakı, 14 iyun /Trend müxbir T.Cəfərov/

"Əgər mən və ABŞ Prezidenti Barak Obama hər hansı bir məsələ ilə bağlı danışmaq istəsək, bir-birimizə məktub yazırıq. Bu məsələdə heç bir maenə yoxdur". Bunu İran Prezidenti Həsən Ruhani amerikalı həmkarı Barak Obamanın İrana rahib vasitəsi ilə xüsusi mesaj göndərməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. Trend-in məlumatına görə, xəbəri İranın İRİNN kanalı yayıb.

Həsən Ruhani bildirib: "Dəfələrlə olub ki, o məktub yazıb, mən cavab vermişəm və ya mən yazmışam, o cavab verib. İran və ABŞ prezidentləri arasında danışıqlar aparmaq üçün rəsmi və qeyri-rəsmi - müxtəlif yollar mövcuddur. Hazırda İran və ABŞ nümayəndələri "5+1" ölkələri çərçivəsində müzakirələrini davam etdirirlər. Mən ABŞ Prezidenti Barak Obamadan rahib vasitəsi ilə heç bir mesaj almamışam".

Qeyd edək ki, Həsən Ruhani İslam inqilabından sonra ABŞ Prezidenti ilə telefon danışığı aparan ilk prezidentdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti