İlham Əliyev və Joze Manuel Barrozu Səngəçal neft terminalında olmuşlar (FOTO)

İlham Əliyev və Joze Manuel Barrozu Səngəçal neft terminalında olmuşlar (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Səngəçal neft terminalında olmuşlar.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun rəhbərlik etdiyi nümayəndə heyəti Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzi ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu Mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəz 2005-ci ildə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Gürcüstan və Qazaxıstandan olan yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılmışdır. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf etmişdir. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoymuş və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilmişdir.

Qonaqlara respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 illik tarixini nümayiş etdirməkdir. Neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılmışdır. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşmüşdür. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlamışlar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılmışdır. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək, Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynamışdır.

Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu sektorlarındakı yataqların işlənməsi və neft-kimya sənayesinin inkişafı ilə səciyyəvidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nəhəng "Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi məqsədilə "Əsrin müqaviləsi" kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalandı. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirdi.

Qonaqlar müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də baxdılar.

Sonra "Şahdəniz" və "Cənub qaz dəhlizi" layihələrindən bəhs edən videoçarx nümayiş etdirildi.

Prezident İlham Əliyevə və Avropa Komissiyasının sədri Joze Manuel Barrozuya xatirə hədiyyələri təqdim olundu.

Terminalın ərazisində gəzinti zamanı bildirildi ki, Səngəçal terminalı haqlı olaraq Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. O, Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi neft və qaz terminalıdır. "Azəri-Çıraq-Günəşli" yatağından ötürülən neft və "Şahdəniz"dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon barreldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilə bilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barrel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunmuşdur. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə Azərbaycanın yüksək keyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir.

Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də qəbul edir. "İlkin Neft Layihəsi" və "Səngəçal Terminalının Genişləndirilməsi Proqramı" nəticəsində terminalda hər birinin həcmi 25.500 kubmetr olan və ildə 6 milyon tondan çox xam nefti emal etmək, saxlamaq və ixrac etmək iqtidarında olan 4 xam neft saxlama çəni yerləşir. Terminaldakı idarəetmə mərkəzi Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən ixrac boru kəmərlərinin fəaliyyətini hərtərəfli nəzarətdə saxlaya, problemləri aşkara çıxara bilir. Bundan başqa, Səngəçal terminalı "Şahdəniz" qaz qurğusundan gündə 40 milyon kubmetrdən artıq "mavi yanacaq" qəbul edə bilir. Mövcud "Şahdəniz" qurğusunun arxasında isə gələcək genişləndirilmə sahəsinin ərazisi yerləşir. "Şahdəniz"in ikinci mərhələsi çərçivəsində Səngəçal terminalında əsas genişləndirmə işləri aparılacaqdır. Bu, terminalın ümumi qaz emalı həcminin üç misli qədər, yəni, ildə əlavə 16 milyard kubmetr qaz emal etməsinə imkan verəcək və nəhəng kompleksin Azərbaycanın neft-qaz sənayesi üçün əhəmiyyətini daha da artıracaqdır.

Terminalın işçi heyətində milli kadrların daha geniş təmsil olunmaları ilə bağlı da ardıcıl iş aparılır. Artıq "İlkin Neft Layihəsi"ndə çalışanların hamısı azərbaycanlı kadrlardır.

Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirir.

Qonaqlar terminalla tanışlıqdan xoş təəssüratla ayrıldılar.

Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Loading Bars
Xəbər lenti
ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib
"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib
Xorvatiyanın baş naziri koronavirusa yoluxdu
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Bakıda "Opel" yanıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib
Bu gün Laçın rayonu Azərbaycana qaytarılır
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb (VİDEO)
Türkiyə Parlamenti beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
Türkiyə koronavirusa qarşı tədbirləri sərtləşdirir
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanda zəlzələ olub
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb (FOTO)
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib (FOTO/VİDEO)
Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Prezident İlham Əliyevə müraciət edib
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Türkiyəli deputat Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev
ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb (FOTO)
Yerevanda əsgər anaları yenidən toplaşdı
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Moldova prezidenti hökuməti istefaya çağırdı
Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
Səbaildə yeni elektron layihə (VİDEO)
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
Aztəminatlı tələbələrin təhsil haqqı ilə bağlı müraciətlərinin qəbulu sabah başa çatır
Koronavirusla bağlı 111 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı (FOTO)
Karxanaların Kürə təsiri açıqlandı
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
Bütün xəbərlər