...

Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzində olmuşlar (FOTO)

Siyasət Materials 15 İyun 2014 00:39 (UTC +04:00)
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzində olmuşlar.
Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzində olmuşlar (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend/

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzində olmuşlar.

Prezident İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə birlikdə Heydər Əliyev Mərkəzini gəzdilər.

Mərkəzin fəaliyyəti ilə tanış olan qonaq əvvəlcə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdı. Ulu Öndərin xatirəsinin əbədiləşdirildiyi muzey təşkil olunarkən burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilmişdir.

Mərkəzdə "Azərbaycan inciləri" bölməsi də fəaliyyət göstərir. Bölmədə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Prezident İlham Əliyev və Joze Manuel Barrozu Mərkəzdə məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisinə də baxdılar. Sərgidə heykəltəraşın biri-birindən maraqlı əsərləri nümayiş olunur.

Sonra qonaq Mərkəzin "Auditorium" və konfrans zallarına baxdı.

Daha sonra Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Heydər Əliyev Mərkəzinin qarşısında tanınmış fransız rəssam və heykəltəraş Lorens Cenkellin fərdi sərgisi ilə tanış oldular. Burada nadirliyi ilə fərqlənən və müxtəlif ölkələrin bayraqlarını özündə təcəssüm etdirən kompozisiyalar nümayiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti