...

İspaniyada monarxiyanın gələcəyinə dair referendum keçirilir

Siyasət Materials 17 İyun 2014 17:00 (UTC +04:00)
İspaniyada monarxiyanın gələcəyinə dair keçirilən "xalq" referendumunda 60 mindən çox şəxs iştirak edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, referendumun təşəbbüskarları sol və respublikaçılar hərəkatlarının fəalları olub.
İspaniyada monarxiyanın gələcəyinə dair referendum keçirilir

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İspaniyada monarxiyanın gələcəyinə dair keçirilən "xalq" referendumunda 60 mindən çox şəxs iştirak edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, referendumun təşəbbüskarları sol və respublikaçılar hərəkatlarının fəalları olub.

Son illər ölkənin müxtəlif şəhərlərində İspaniyada monarxiyadan respublika üsuli-idarəsinə keçidə dair referendumun təşkili ilə əlaqədar aksiyalar təşkil edilir.

"ReferendumRealYa" ("Artıq əsl referendum" hərəkatının saytında səsvermə iyunun 14-də başlayıb və iyunun 19-dək davam edəcək.

Səsvermənin nəticələrə cümə axşamı açıqlanacaq. İspanlar sosial şəbəkələr yolu ilə monarxiyaya qarşı münasibətlərini bildirəcəklər.

"Xalq seçki komissiyaları" vasitəsilə də məsələyə münasibət bildirmək olar. Qeydiyyatdan keçən belə komissiyaların sayı 50 minə yaxındır.

Qeyd edək ki, İspaniya Kralı Xuan Karlos iyunun 2-də bəyan etmişdi ki, oğlu Felipenin xeyrinə taxt-tacdan əl çəkəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti