...

Türkiyədə dövlət çevrilişi işi üzrə bəraət alan hərbçilər qulluğa bərpa olunacaqlar

Siyasət Materials 20 İyun 2014 12:53 (UTC +04:00)
Türkiyədə 13 general və 70 zabit Konstitusiya Məhkəməsinin "Balyoz" dövlət çevrilişi işi üzrə ittiham olunan 230 nəfərin azad olunmasına dair dünənki qərarından sonra qulluğa bərpa ediləcək. Trend-in məlumatına görə, bu barədə "Haber7" telekanalı xəbər yayıb.
Türkiyədə dövlət çevrilişi işi üzrə bəraət alan hərbçilər qulluğa bərpa olunacaqlar

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə 13 general və 70 zabit Konstitusiya Məhkəməsinin "Balyoz" dövlət çevrilişi işi üzrə ittiham olunan 230 nəfərin azad olunmasına dair dünənki qərarından sonra qulluğa bərpa ediləcək. Trend-in məlumatına görə, bu barədə "Haber7" telekanalı xəbər yayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məhkəmənin bu qərarını bəyənib.

Qeyd edək ki, ötən gün Türkiyədə "Balyoz" dövlət çevrilişi planı üzrə ittiham olunan 230 nəfərin azad olunmasına dair qərar çıxarılıb.

Məhkəmə qərara alıb ki, müttəhimlərə qarşı sübutlar qanunsuz dinləmələr də daxil olmaqla qeyri-qanuni yollarla toplanıb. Hərbçilər Türkiyə və Yunanıstanın münasibətlərində böhran yaratmaqla bağlı planlar hazırlayıblar. Bunun üçün Egey dənizi üzərində ölkənin təyyarəsini vurub salmağa və bu zaman guya bunun Yunanıstan HHQ tərəfindən törədilməsi kimi təqdim etməyə hazırlaşıblar.

O da bildirilir ki, guya hərbçilər ölkədə vəziyyəti gərginləşdirmək üçün İstanbulun mərkəzindəki tarixi Fateh məscidini partlatmağa, bununla da ölkədə yaranan qeyri-sabitlikdən istifadə edərək hərbi çevriliş etməyə çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti