...

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 7 İyul 2014 10:01 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq planına əsasən, iyulun 8-dən 10-dək Leer şəhərində (Almaniya) Tibb xidməti əməliyyatları üzrə işçi görüşü, Bakı şəhərində Silahlara nəzarət üzrə ekspert görüşü, iyulun 9-dən 12-dək Minsk şəhərində (Belarus) "MİLEX-14" sərgisi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti