...

Nikaraqua Azərbaycanı ölkə iqtisadiyyatına sərmayə yatırmağa dəvət edir

Siyasət Materials 9 İyul 2014 13:19 (UTC +04:00)
dəvət edir. Bu çağırış ilə Bakıda Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopes çıxış edib.
Nikaraqua Azərbaycanı ölkə iqtisadiyyatına sərmayə yatırmağa dəvət edir

Azərbaycan, Bakı, 9 iyul / Trend, müxbir Səba Ağayeva/

Nikaraqua Azərbaycanı ölkə iqtisadiyyatına sərmayə yatırmağa dəvət edir. Bu çağırış ilə Bakıda Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopes çıxış edib. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan və Nikaraqua xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bildirib.

Nikaraqua xarici işlər naziri Azərbaycanda rəsmi səfərdədir.

E.Abdullayevin sözlərinə görə, hər iki ölkənin xarici işlər nazirləri həm ikitərəfli, həm də beynəlxalq arenada əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Nikaraqua xarici işlər naziri, həmçinin Azərbaycanı ticarət əlaqələrini inkişaf etdirməyə çağırıb.

Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin əsasının qoyulmasına dair razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti