Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq təlimdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iulun 16-dan 29-dək Novo Selo şəhərində (Bolqarıstan) "Platinum Lion" təlimi keçiriləcək.
Təlimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.