...

Ərdoğan: Türkiyə İsrailin fələstinlilərə qarşı əməllərini dövlət terrorizmi kimi qiymətləndirir

Siyasət Materials 18 İyul 2014 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə İsrailin fələstinlilərə qarşı əməllərini dövlət terrorizmi kimi qiymətləndirir. Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib. Trend-in məlumatına görə, bu barədə cümə günü "TRT Haber" telekanalı xəbər yayıb.

Ərdoğan qeyd edib ki, İslam dünyası İsrailin təcavüzünə qarşı birləşməlidir: "Türkiyə heç vaxt Fələstin xalqına qarşı İsrailin təcavüzünü dəstəkləməyəcək".

Onun sözlərinə görə, İsrailin yeniyetmələrin oğurlanması və öldürülməsinə görə qisas alması barədə məlumatlar həqiqətəuyğun deyil: "İsrail hərəkətləri ilə bütün dünyada öz vətəndaşlarının hamısının həyatını təhlükə altına qoyur".

Bu gün İsrail öz vətəndaşlarını və diplomatlarını Türkiyəni tərk etməyə çağırıb. Belə müraciətə səbəb Türkiyədə keçirilən İsrail əleyhinə etirazlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti