...

Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair sazişlər sentyabrdan qüvvəyə minəcək

Siyasət Materials 5 Avqust 2014 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş bu il sentyabrın 1-də rəsmi olaraq qüvvəyə minəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts deyib.

O bildirib ki, prosesin vaxtında başa çatdırılması üçün Azərbaycan tərəfi ilə bu istiqamətdə iş davam etdirilir: "Biz bu sənədin uğurla həyata keçirilməsi üçün detallar üzərində işləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti