Əli Həsənov: Qanunları pozmaqda şübhəli bilinən təşkilatlar barədə müvafiq ölçünün götürülməsi onların "demokratiya carçısı" kimi çıxış edən xarici havadarlarını qane etmir

Əli Həsənov: Qanunları pozmaqda şübhəli bilinən təşkilatlar barədə müvafiq ölçünün götürülməsi onların "demokratiya carçısı" kimi çıxış edən xarici havadarlarını qane etmir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

"Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir". Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son bir həftədə müxtəlif beynəlxalq qurumlar, ayrı-ayrı dövlət rəsmiləri və bir sıra xarici təşkilatların Azərbaycanda insan haqlarının, söz və məlumat azadlığının vəziyyəti ilə bağlı müəyyən tənqidi fikirlərini şərh edərkən deyib.

PA rəsmisi bildirib ki, bu gün Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir, insanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir: "Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərlə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır. Qeyd etmək istərdim ki, xarici fondlardan maliyyələşən bəzi yerli QHT-lər uzun illər ərzində qeyri-şəffaf fəaliyyət göstərmiş, qanunların tələblərinə məhəl qoymayaraq aidiyyəti dövlət orqanlarına heç bir hesabat verməmişlər. Hazırda, Qərbin demokratik standartlarına uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara müvafiq düzəlişlər və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti institutlarının şəffaf fəaliyyətinin, onların hesabatlılığının təmin edilməsi, bu sahədə mövcud pozuntuların aradan qaldırılması məqsədi daşıyır.

Hesab edirik ki, istənilən sahədə şəffaflığın olmaması korrupsiya və digər qanun pozuntularına birbaşa yol açan başlıca şərtlərdən biridir. Təbii ki, qanunları pozmaqda şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır və faktlar təsdiqini tapdıqca, müvafiq ölçü götürülür. Bu isə, öz növbəsində, xaricdən aldıqları milyonlarla qrant vəsaitini şübhəli məqsədlərə yönəldən və dövlət orqanlarının qanuni tələblərini qulaq ardına vuran ayrı-ayrı təşkilatları, ələlxüsus də onların "demokratiya carçısı" kimi çıxış edən xarici havadarlarını qane etmir. Belə demək mümkündürsə, "5-ci kolon" öz missiyasını yerinə yetirmək imkanlarından məhrum edilir ki, bu da nəticə etibarilə mövcud mexanizmləri yaradan dairələrin Azərbaycana təzyiq rıçaqlarını zəiflədir. Hazırda bəzi xarici dairələrin və onların nəzarətində olan təşkilatların, medianın həddini aşan fəallığı da məhz bu amillə bağlıdır".

Ə.Həsənovun sözlərinə görə, təəssüf ki, müəyyən xarici dairələr insan hüquqları ilə bağlı təhrif olunmuş ayrı-ayrı halları ümumiləşdirərək müstəqil ölkələr barədə mənfi rəy formalaşdırmaq praktikasından geniş şəkildə yararlanırlar: "Bu, düzgün yanaşma deyil. ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, fövqəladə vəziyyətin elan olunmasını, silahdan istifadə, insan ölümləri, medianın, vətəndaş cəmiyyəti fəallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılmasını ABŞ-ın daxili işi kimi xarakterizə etmişdi. Həmçinin ayrı-ayrı ekspertlər hökumətin həyata keçirdiyi sərt tədbirləri ictimai sabitliyi, cəmiyyətin təhlükəsizliyini təmin etməsi kimi qələmə vermişdilər. Ancaq bir gün öncə Nyu-Yorkda BMT-nin mənzil qərargahı qarşısında humanitar xarakterli dinc aksiyanın qəddarcasına dağıdılmasının da ictimai təhlükəsizliklə əlaqəli olduğuna inanmaq çətindir. Həmçinin ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Əlbəttə, bütün bu hallar ümumiləşdirilərsə, dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Sual olunur: nəyə görə Azərbaycanı tənqid edən məlum dairələr bu faktları ümumiləşdirərək həmin ölkələrdə demokratiyanın durumuna münasibət bildirmirlər? Təəssüf ki, bu ikili standartlar Qərbin bəzi dairələrinin hətta region ölkələrinə münasibətində də özünü açıq şəkildə büruzə verir.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndəsi tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə "Human Rights Watch", "Freedom House" və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.

Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, hər bir hakimiyyətin, o cümlədən Azərbaycan iqtidarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etməkdən ibarətdir. Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etmək niyyətində deyil".

Oktyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Oktyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Unibankın biznes müştəriləri hesablararası köçürməni saniyələr ərzində edəcək!
Unibankın biznes müştəriləri hesablararası köçürməni saniyələr ərzində edəcək!
Kapital Bank 2020-cu ilin üçüncü rübünün nəticələrini elan edib
Kapital Bank 2020-cu ilin üçüncü rübünün nəticələrini elan edib
Loading Bars
Xəbər lenti
Dağlıq Qarabağ münaqişəsində son gərginlik Ermənistan üçün utancdır - Con Mareska
"Soudel" tropik qasırğası Filippin istiqamətində irəliləyir
Düşmənin muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib - MN
Düşmənin məhv edilən hərbi texnikaları - SİYAHI
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
Tramp Əfqanıstandakı ABŞ qoşunlarının çıxarılmasından danışdı
İsraildə koronavirusa yoluxanların sayı 304 min nəfəri ötüb
Çempionlar Liqası 2024-cü ildən etibarən 36 komandaya qədər genişləndirilə bilər
Düşmənin zirehli texnikaları məhv edilib (VİDEO)
Argentinada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Peyvəndlər üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşulub
UEFA koronavirus pandemiyası fonunda mükafat fondunu beş illik azaldır
ABŞ İran üzrə "qara siyahı"nı genişləndirib
Alyaska sahillərində 7,4 bal gücündə zəlzələ olub
Təmas xəttində top mərmiləri, dron və partlamış mərmi qalıqları aşkarlanıb (FOTO)
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib
Moskvada koronavirusdan daha 49 nəfər ölüb
Tramp Sudanı terrorizmin sponsorları siyahısından çıxaracağını açıqlayıb
İngiltərə Premyer Liqasında koronavirusa daha 8 yoluxma halı qeydə alınıb
"OPEC plus" ölkələri sazişi tam şəkildə icra etmək barədə razılığa gəliblər
Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər (VİDEO)
Praqa azərbaycanlı şəhid uşaqların “sahibsiz ayaqqabıları”na şahidlik etdi (FOTO)
“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir (VİDEO)
Prezidentə yazırlar: Bu günlərdə xalqımıza yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə minnətdarıq
Türkiyədə koronavirusdan sağalanların sayı 304 min nəfəri ötüb
Prezident İlham Əliyev: Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar
Azərbaycan Prezidenti hərbi müşahidəçilərin yerləşdirilməsi məsələsinə münasibət bildirib
Azərbaycan Prezidenti: Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür
Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
Azərbaycan Prezidenti: Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı iri sahibkarların və məşhur silah alverçilərinin əli var
Alman deputatların Qarabağa qanunsuz səfəri Bundestaqın özü tərəfindən ciddi qınaqla qarşılanmalıdır- Deputat
Azərbaycan Prezidenti: Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər
Prezident İlham Əliyev: Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik
Prezident İlham Əliyev: Ermənistan qoşunlarını işğal altındakı ərazilərdən çıxarmağa hazır olsa, müşahidəçilər məsələsinə baxıla bilər
Prezident İlham Əliyev: Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik
Prezident İlham Əliyev: Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur
Prezident İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Bəzi ölkələr Ermənistana təzyiq etmək əvəzinə, Azərbaycanı mənasız atəşkəsə sövq edir - Səyavuş Heydərov
Azərbaycan Prezidenti: Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir
Prezident İlham Əliyev: Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi
Azərbaycan Prezidenti: Biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq
Prezident İlham Əliyev: Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi - Deputat
Hazırda paytaxt yollarında ciddi sıxlıq müşahidə olunur
Suriya tayfaları Ermənistanın YPG kürdləri ilə ittifaqını pisləyib
Ceyhun Bayramovla Beynəlxalq Türk Akademiyasının prezidenti arasında telefon danışığı olub
MŞ AzTV-nin çəkiliş qrupunun erməni atəşinə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib
Baş Nazir Əli Əsədov Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)
Paşinyan məğlubiyyətini etiraf edib və danışıqlara hazırdır
Şahdağ Milli Parkının ərazisində yanğın başlayıb
Ermənistanın Gəncədə törətdiyi təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir
Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib
XİN: Bundestaq üzvlərinin Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək
A-Qroup-un sığorta mükafatı yenə də artdı
Ermənistan Dağlıq Qarabağda itkilərinin yeni siyahısını açıqlayıb
Bütün dünya bilir ki, haqlı və ədalətli mövqe Azərbaycan tərəfindədir - Bahar Muradova
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında aparılan təbliğat və təşviqat işləri davam edir (FOTO)
Oktyabrın 20-də manatın dollara qarşı məzənnəsi
Ermənistanı masa arxasında işğalçı dövlət kimi otuzdurmaq lazımdır - Sevil Mikayılova CNN Türk telekanalına müsahibə verib (VİDEO)
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
Ombudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla video konfrans formatında görüşü olub (FOTO)
Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı aidiyyəti qurumlara müraciətlər ediləcək - Hikmət Hacıyev
Özbəkistan parlamentinin Sədri Ermənistanın Gəncəni artilleriya atəşinə tutması ilə bağlı narahatlığını bildirib
Yanvar-sentyabr aylarında 163 min şəxsə e-qaydada fərdi hesab açılıb
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tezliklə razılaşdırılmasına ümid edir - Lavrov
Növbəti aylarda koronavirusla bağlı vəziyyət insanların tövsiyələrə necə əməl etməsindən asılıdır - Hande Harmancı
Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb - Prezidentin köməkçisi
Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır (FOTO)
Prokurorluq AzTv-nin əməkdaşının yaralanması ilə bağlı məlumat yaydı: Daha 3 nəfər də yaralanıb
Azərbaycan beynəlxalq əhəmiyyətli neft və qaz layihələrinin təhlükəsizliyini təmin edir - Hikmət Hacıyev
Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Baş prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutdu, jurnalist yaralandı (VİDEO)
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir - Hikmət Hacıyev
XƏBƏRDARLIQ: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir
Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirdi (FOTO)
99 müəssisədə COVID-19-la bağlı qayda pozuntuları aşkarlandı
“ASAN xidmət” təmsilşisi BMT-nin iclasında erməni təxribatlarından danışdı (FOTO)
Kolleclərin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır
Gəncə İH erməni terroru nəticəsində şəhərə dəymiş ziyanı açıqladı
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq - Hikmət Hacıyev
Ermənistan bütün qanunları və konvensiyaları kobud şəkildə pozur - General-mayor Hüseyn Mahmudov
Yol polisi Bakıda sərnişindaşıma sirkətlərinə müraciət edib
Yeni dastan yazan ordumuza “Gazelli Group”dan özünəməxsus dəstək
Özünüməşğulluq proqramının iştirakçıları biznesin inkişafı üçün KOBİA-nın dəstək və xidmətlərindən istifadə edə bilər
Türk Ticarət və Sənaye Palatasının sədrindən Prezident İlham Əliyevə məktub ünvanlanıb
Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib - Elçin Əmirbəyov
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
Azərbaycan mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir - Prezidentin köməkçisi
İTAZERCOM-un rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir - Hikmət Hacıyev
Azərbaycanda 331 nəfər COVID-19-a yoluxdu, 107 nəfər sağaldı, 4 nəfər vəfat etdi
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 61 oldu
ADA Universitetində ermənilərin Gəncə terroru ilə bağlı diplomatlarla görüş keçirilib (FOTO)
Gəncədə dağılmış ev və obyektlərin sayı açıqlandı - RƏSMİ
YAP 50-dən çox siyasi partiya və beynəlxalq təşkilata müraciət ünvanladı
İranda koronavirus həyəcanı: Sutka ərzində ölənlərin sayı 337 nəfərə yüksəldi
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib (FOTO)
Bütün xəbərlər