...

YAP bələdiyyə seçkilərində qadınların təmsilçiliyinə üstünlük verəcək (FOTO)

Siyasət Materials 27 Sentyabr 2014 14:35 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyası Qadınlar Şurası qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar müəyyən tədbirlərin keçirilməsini nəzərdə tutub”. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının toplantısında çıxışı zamanı Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.
YAP bələdiyyə seçkilərində qadınların təmsilçiliyinə üstünlük verəcək (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

"Yeni Azərbaycan Partiyası Qadınlar Şurası qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar müəyyən tədbirlərin keçirilməsini nəzərdə tutub". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının toplantısında çıxışı zamanı Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, partiya bu əfəki seçkilərdə də qadınların təmsilçiliyinə üstünlük verəcək: "Partiyanı təmsil edən qadınlar bu seçki prosesində daha fəal olmalıdırlar. Hazırda bələdiyyə üzvlərinin təxminən 30 faizi qadınlardan ibarətdir. Biz istəyirik ki, bu göstərici artsın, qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi daha da yüksəlsin. Bu məqsədlə biz qadınların fəallığını artırmaq üçün seçki ərəfəsində zonalar üzrə görüşlərin keçirilməsini nəzərdə tuturuq. Yaxın günlərdə belə görüşlərin keçirilməsinə başlanacaq. İnanırıq ki, görülən işlər, maarifləndirmə tədbirləri müsbət nəticələrini verəcək".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərinin bu ilin dekabrında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti