...

Rusiya Prezidenti: Xəzəryanı ölkələrin rəhbərləri siyasi bəyanatı razılaşdırıblar

Siyasət Materials 29 Sentyabr 2014 16:25 (UTC +04:00)
Xəzəryanı ölkələrin dövlət başçıları Xəzər dənizində beştərəfli əməkdaşlığın əsas prinsiplərinin ilk dəfə qeyd olunduğu siyasi bəyanatı razılaşdırıblar.
Rusiya Prezidenti: Xəzəryanı ölkələrin rəhbərləri siyasi bəyanatı razılaşdırıblar

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Xəzəryanı ölkələrin dövlət başçıları Xəzər dənizində beştərəfli əməkdaşlığın əsas prinsiplərinin ilk dəfə qeyd olunduğu siyasi bəyanatı razılaşdırıblar. Trend "Rossiya 24" telekanalına istinadən məlumat verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Həştərxanda keçirilən IV Xəzər sammitində dövlət başçılarının iclasında deyib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin prezidentləri arasında məhdud tərkibdə fikir mübadiləsi qarşılıqlı anlaşma və bir-birilərinin maraqlarının nəzərə alınması əsasında baş tutub.

V.Putin bildirib ki, əldə olunan razılaşmalar bütün tərəflərin uzunmüddətli maraqlarına cavab verir: "Tərəfdaşlara əlverişli və zəruri kompromislər tapmaq bacarığına və hazırlığa görə minnətdaram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti