...

İlham Əliyev İtaliyanın keçmiş baş naziri və Estoniyanın sabiq prezidentini qəbul edib

Siyasət Materials 1 Oktyabr 2014 13:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.
İlham Əliyev İtaliyanın keçmiş baş naziri və Estoniyanın sabiq prezidentini qəbul edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən Enriko Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısı İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğuladı.

Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışıldı, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Forumun önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev oktyabrın 1-də Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli də qəbul edib.

Dövlətimizin başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə artdığını qeyd etdi. Prezident İlham Əliyev bu il Forumda dünyanın 60 ölkəsindən dövlət xadimlərindən və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini dedi.

Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını bildirən Estoniyanın keçmiş Prezidenti Arnold Rüütel tədbirin dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Forumun hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edən qonaq tədbirin mühüm əhəmiyyət daşıdığını dedi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti