...

Kataloniya İspaniyadan "boşanır"

Siyasət Materials 3 Oktyabr 2014 20:41 (UTC +04:00)
İspaniyanın Kataloniya muxtar vilayətinin başçısı Artur Mas və vilayət parlamentinin 4 qrupunun nümayəndələri noyabrın 9-da müstəqillik haqqında referendum keçirmək barədə qərar qəbul ediblər.
Kataloniya İspaniyadan "boşanır"

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

İspaniyanın Kataloniya muxtar vilayətinin başçısı Artur Mas və vilayət parlamentinin 4 qrupunun nümayəndələri noyabrın 9-da müstəqillik haqqında referendum keçirmək barədə qərar qəbul ediblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Kataloniyanın müstəqilliyi haqqında referendum İspaniya Konstitusiya Məhkəməsinin qərarına rəğmən keçiriləcək.

Belə ki, Konstitusiya Məhkəməsi 9 noyabr referendumu haqqında sorğular və qərarlar üzrə qanunun fəaliyyətini dayandırıb.

Referendum tərəfdarları Konstitusiya Məhkəməsindən qanunun fəaliyyətinin dayandırılmasını ləğv etməyi tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti