Fəzail İbrahimli: Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır

Fəzail İbrahimli: Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır". Bunu Trend-ə açıqlamasında tarix elmləri doktoru, professor, millət vəkili Fəzail İbrahimli deyib.

Tarixçi alim bildirib ki, İrəvanın Ermənistana paytaxt kimi verilməsi məsələsi kifayət qədər gündəmdə olub və bu gün də aktuallığını itirmir: "Səbəb ondan ibarətdir ki, vaxtilə bu torpaqlar Ermənistan tərəfinə verilən zaman şərt qoyulmuşdu ki, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Bu gün də Azərbaycan ərazisinin 20 faizini işğal edən və 1 milyon qaçqın taleyi yaşadan Ermənistan tərəfinə qarşı Azərbaycan öz fikirlərini ortaya qoyub onları qanuni formaya salmalıdır. İrəvanın Ermənistana paytaxt kimi verilməsi haqqında Milli Şuranın 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalıdır, bu qərar ləğv olunmalıdır".

F.İbrahimli deyib ki, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun bu fikri kifayət qədər realdır: "1918-ci ilin mayında ermənilərlə belə razılıq əldə edilmişdi ki, bundan sonra Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcək. Əgər bu gün də əl çəkmirsə, Azərbaycanın siyasi, mənəvi, hüquqi haqqı var ki, həmin qərarı birtərəfli qaydada ləğv etsin".

Millət vəkili hesab edir ki, bu məsələnin qaldırılması qətiyyən nə Osmanlı Türkiyəsinin, nə də Milli Şura üzvlərinin üzərinə kölgə salmaq məqsədi daşımır: "Bu məsələyə Xalq Cümhuriyyəti liderlərinin səhvi kimi də baxmaq olmaz. Bu, zamanın tarixi səhvidir. Varlığını, şəxsiyyətini, bütövlüyünü, taleyini və mövcudluğunu bu millətin yolunda qurban verən həmin insanlar heç də özbaşına, xəyanətkar mövqedən çıxış etmədilər. O vaxt 3 nəfər Milli Şuranın bu qərarının əleyhinə çıxmışdı. Milli Şuranın üzvləri bunu "bəlalı qərar" adlandırdılar. Səbəb nə idi? Bu məsələ ilə bağlı düşünən zaman ilk növbədə o dövrdəki ictimai-siyasi şəraiti, siyasi tarixi, Azərbaycanla bağlı olan prosesləri, dünyada gedən geosiyasi dəyişiklikləri bilmək lazımdır. Bunları nəzərə almasaq, yekdil fikir söyləmək olmaz. Zaman məsələni belə qoymuşdu; ya ayağa dur, öz dövlətini bərpa et, ya da parçalan, məhv ol. Bu reallığı dərk edən Azərbaycanın demokratik, Avropada, Rusiyada qabaqcıl təhsilə və düşüncəyə yiyələnmiş bir qrup ziyalının daxil olduğu Milli Şura 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətini elan etdi. Azərbaycanın istiqlaliyyəti Tiflisdə elan edildi. Bəs Azərbaycanda hakimiyyətdə kim idi? Stepan Şaumyanın rəhbərlik etdiyi erməni-daşnak hakimiyyəti. Bu daşnak hakimiyyəti ilə mübarizə aparmaq üçün mütləq Azərbaycana gəlmək lazım idi. 18 gündən sonra Azərbaycanın paytaxtı Gəncəyə köçürüldü. Ordusu, donanması, əsgəri olmayan bir dövlət məhz Türkiyəyə güvənc və güman yeri kimi baxdı. Nəticədə Qafqaz İslam Ordusu yaradıldı və bunu həyata keçirdi".

Onun sözlərinə görə, bu, zamanın diqtəsi idi: "Çünki Avropada gedən müharibədən qalib çıxmış və Paris Sülh Konfransını çağıran prezident Vilson və onu müdafiə edənlər 3 Qafqaz respublikası qarşısında məsələni belə qoymuşdu: siz dövlətinizi yaradın, sərhədlərini müəyyən edin, paytaxtlarınızı yaradın, biz də sizin müstəqilliyiniz haqqında düşünək. Azərbaycan tərəfi də məcburiyyət üzündən torpaqları Ermənistana verdi. Bir mənafeyi qurban verib başlıca mənafeyi - Azərbaycanın müstəqilliyini elan etmək, onun taleyini həll etmək üçün bu addımı atmağa məcbur oldu".

Qeyd edək ki, Tarix İnstitutunun direktoru, deputat Y.Mahmudov mətbuatda Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı maraqlı faktlarla çıxış etmişdi.

Gəncədə vəziyyət tam normaldır, sakinlər gündəlik həyatına davam edir - İcra hakimiyyəti
Gəncədə vəziyyət tam normaldır, sakinlər gündəlik həyatına davam edir - İcra hakimiyyəti
Epidemioloji durum pisləşərsə,  yeni lokal qapanmalar ola bilər - Baş infeksionist
Epidemioloji durum pisləşərsə, yeni lokal qapanmalar ola bilər - Baş infeksionist
Sabah 25 dərəcəyədək isti olacaq
Sabah 25 dərəcəyədək isti olacaq
Loading Bars
Xəbər lenti
Gəncədə vəziyyət tam normaldır, sakinlər gündəlik həyatına davam edir - İcra hakimiyyəti
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Epidemioloji durum pisləşərsə, yeni lokal qapanmalar ola bilər - Baş infeksionist
Paşinyan hərbi cinayətlərə görə şəxsən məsuliyyət daşıyır - Politoloq
Fransa telekanalında Ermənistanın işğalçılıq siyasətindən danışılıb
İşğal ərazilərindəki qanunsuz fəaliyyət göstərənlərlə bağlı istintaq davam edir
Sabah 25 dərəcəyədək isti olacaq
Ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Mehriban Əliyevanın çağırışları əhəmiyyətli rol oynayır - Siyasi şərhçi
Marneulidə Gəncə terrorunun qurbanları yad edilib
ATU və Ankara Universiteti əməkdaşlığı gücləndirir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
Bərdədə payızlıq əkinlərin bəyanı üçün səyyar xidmət təşkil olunub (FOTO)
Amerikalı kosmonavt kosmosda səs verib
Azərbaycanın özünümüdafiə və əks-hücuma keçmək hüququ var - Politoloq
Ermənistana məxsus daha bir PUA məhv edilib
Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb
Ermənistanın NATO-ya müraciəti heç bir nəticə verməyəcək - Piter Teys
Qafqaz Albaniyasına aid ilk orta əsr xristian abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır - Komitə sədri
Böyük tarixi dönüş ərəfəsindəyik və bu müstəsna tarixi dönüşü Ali Baş Komandan yaradır - Ekspert
Ermənilər işğalçılıqlarını dünyaya unutdurmağa çalışıblar - Tarixçi
Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti
Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb
Xəzərdə zəlzələ olub
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib - MN
Ermənistan dinc insanları atəşə tutmaqla barbarlığını təsdiq etdi - Naqif Həmzəyev
Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir
Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb
Mikayıl Cabbarov İran səfiri ilə Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərini müzakirə edib (FOTO)
Prezidentə yazırlar: Düşmən üzərində qazandığımız qələbələr Sizin cəsarətinizin, uzaqgörənliyinizin və polad iradənizin nəticələridir
Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir - Ramin Quluzadə (FOTO)
Tərtər, Ağdam və Ağcabədi ərazisi intensiv atəşə tutulub - MN
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşünə BMT-dən münasibət
DİN əhaliyə müraciət edib
Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Dağlıq Qarabağda tənzimləmənin hansısa formulu barədə danışmaq tezdir - Peskov
Dünya Ermənistanın terror aktlarına etirazını bildirməlidir - Qafqazşünaslıq İnstitutu
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 min nəfəri ötüb
Fransanın TF1 kanalı cəbhədən reportaj hazırlayıb (FOTO/VİDEO)
Əli Əhmədov rusiyalı deputatın Qarabağa qanunsuz səfərinə görə Dmitri Medvedevə məktub göndərib
Hərbi çağırışçılar COVİD-19 testindən keçirilir
Dünyadakı kəşmirlilər niyə 27 oktyabrı Qara Gün kimi qeyd edirlər? (FOTO)
COVİD-19-la bağlı yaradılan İşçi qrup 39 sahə məntəqəsində monitorinq keçirdi
Fransa qəzeti Tərtərdə mülki vətəndaşların atəşə tutulmasından yazdı
Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı - Yaqut Qarayeva
İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlanılıb
“Rabitəbank” 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib
Ermənilərin növbəti saxtakarlığı: Türk məşhurlar "öldürülmüş azərbaycanlı hərbçisi” kimi təqdim edilir (FOTO/VİDEO)
Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının abidələrinin tədqiqatı üçün imkanlar yaradacaq - İnstitut (FOTO)
Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir
Oktyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Paytaxt küçələri dezinfeksiya olunacaq - Xəbərdarlıq
Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı
Düşmən fərarilik edərək mövqeləri tərk edir
Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi
"İnstaqram"ın işində nasazlıqlar yaranıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Bütün xəbərlər