...

Patriarx Kirill: Azərbaycan çoxəsrlik dinlərarası mehriban qonşuluq ənənələri ilə məşhurdur

Siyasət Materials 17 Noyabr 2014 12:38 (UTC +04:00)
Azərbaycan özünün çoxəsrlik dinlərarası əməkdaşlıq və mehriban qonşuluq ənənələri ilə məşhurdur.
Patriarx Kirill: Azərbaycan çoxəsrlik dinlərarası mehriban qonşuluq ənənələri ilə məşhurdur

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan özünün çoxəsrlik dinlərarası əməkdaşlıq və mehriban qonşuluq ənənələri ilə məşhurdur. Trend xəbər verir ki, bu barədə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin bazar ertəsi Bakıda keçirilən dini tolerantlığın möhkəmləndirilməsinə həsr edilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Müraciətdə bildirilir: "Təəssüflər olsun ki, son aylar dinlərarası və millətlərarası sülhün möhkəmliyi sınaqlara məruz qalıb, Ukraynadan, eləcə də Yaxın Şərqdən həyəcanlı xəbərlər gəlir, Rusiya Pravoslav kilsəsinə inananlar da daxil olmaqla, xristianların hüquqları kobud şəkildə pozulur".

Patriarx Kirill qeyd edib: "Əminəm ki, yalnız siyasi və dini liderlərin möhkəm və həmrəy mövqeyi dünyada ümumi sabitliyi ciddi şəkildə təhdid edən dini və milli zəmində münaqişələrin gərginləşməsini dayandırmağa qadirdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti