...

Prezident İlham Əliyev Əlcəzairin energetika nazirini qəbul edib

Siyasət Materials 11 Fevral 2015 15:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib.
Prezident İlham Əliyev Əlcəzairin energetika nazirini qəbul edib

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib.

Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlətimizin başçısına təqdim etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, energetika sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti