...

Azərbaycan və İran terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 16 Fevral 2015 13:05 (UTC +04:00)
İranın xarici işlər naziri ilə görüşdə terrorçuluqla mübarizə məsələləri müzakirə olunub.
Azərbaycan və İran terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Səba Ağayeva/

İranın xarici işlər naziri ilə görüşdə terrorçuluqla mübarizə məsələləri müzakirə olunub. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqların yekunu üzrə deyib.

İranın XİN rəhbəri Azərbaycanda ikigünlük səfərdədir.

E.Məmmədyarov qeyd edib: "Mən həmkarımı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi barədə məlumatlandırdım. ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda səfərdədirlər. Təəssüflər olsun ki, bu məsələdə heç bir irəliləyiş yoxdur. Biz həmsədrlərlə görüşdən sonra bəyanatla çıxış edəcəyik".

Azərbaycan XİN-in rəhbəri əlavə edib ki, Azərbaycan və İranı tarixi köklər birləşdirir və qardaş ölkələr arasında münasibətlər davam etməlidir: "Martda Bakıda Xəzərin statusu üzrə ikitərəfli görüş baş tutacaq. Görüş dənizin statusunun müəyyənləşdirilməsi üzrə ekspert qrupununun beştərəfli görüşü çərçivəsində keçiriləcək".

İran XİN rəhbəri isə bildirib ki, qonşu dövlətlərlə münasibətlər İranın xarici siyasətinin prioritetidir: "Azərbaycanla əlaqələr İran üçün xüsusi əhəmiyyət kəsb edir. Biz xalqlarımız arasında əlaqələri möhkəmləndirməli və regionda təhlükəsizliyin bərpa edilməsi üçün səylər göstərməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti