...

Səxavət Əlisoy: "Bunu Müsavat Partiyasının deputatlıq oyunu adlandırıram"

Siyasət Materials 11 Mart 2015 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatı yaranandan bəri Müsavat Partiyası hərəkatda olan insanları özünə düşmən elan edib. Onlar bu düşmən elan edilmiş adamlara imkan verərlərmi ki, gəlib Müsavat Partiyasından deputatlığa namizədliklərini irəli sürsünlər?".

Bu sözləri Trend-ə Müsavat başqanlığına keçmiş namizəd, ADR hərəkatının İdarə heyətinin üzvü Səxavət Əlisoy Müsavat Partiyasından namizədliklərini irəli sürmək istəyən ADR üzvlərinə maneələrin olması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

S.Əlisoy bu məsələdə Müsavat Partiyasını dəstəklədiyini qeyd edib: "Mənim özümün subyektiv olaraq fikrim ondan ibarətdir ki, insanlar bir masa ətrafında oturmalıdırlar. Normal düşünəndə, Müsavat Partiyası nə etməlidir ki? Burada ADR hərəkatı yaranıb və hərəkatın üzvləri Müsavat Partiyasından narazı ola-ola bu partiyadan deputatlığa namizədliklərini irəli sürmək istəyirlər. Bu, məntiqə sığan məsələ deyil".

O, eyni zamanda bunu Müsavat Partiyasının deputatlıq oyunu adlandırıb.

Qeyd edək ki, ötən il sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Digər qrup narazı üzvlər isə "Azərbaycan Demokratiya və Rifah" Hərəkatını yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti