Əli Həsənov Çində bir sıra görüşlər keçirib (ƏLAVƏ OLUNUB) (FOTO)

Əli Həsənov Çində bir sıra görüşlər keçirib (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər saat 10:50-də yayılıb

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Çin Xalq Respublikası (ÇXR) Kommunist Partiyasının dəvəti ilə martın 15-18-də bu ölkədə səfərdə olub.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Həsənovun Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin katibi Du Çinlin ilə görüşündə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın Çinin ən yaxşı dostu və tərəfdaşı olduğunu xüsusi qeyd edən Du Çinlin, bu əlaqələrin təkcə ikitərəfli münasibətlərdə deyil, həmçinin regional və beynəlxalq məsələlərdə də daim özünü göstərdiyini diqqətə çatdırıb. O, ÇKP ilə Yeni Azərbaycan Partiyası arasında da sıx münasibətlərin olduğunu məmnunluqla qeyd edib.

Əli Həsənov Çinə dəvətə və səfər zamanı göstərilən xüsusi diqqətə görə qarşı tərəfə minnətdarlığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu ÇXR Sədri Si Cinpinə çatdırılmaq üçün Du Çinlinə təqdim edib.

Prezidentin köməkçisi Əli Həsənov Çin-Azərbaycan dostluğunun iki min illik tarixə malik olduğunu vurğulayaraq, müstəqillik illərində ölkəmizə göstərilən dəstəyə görə Çin hökumətinə təşəkkür edib.

Qədim İpək Yolunun iki ölkə arasındakı tarixi əlaqələrin inkişafında müstəsna rol oynadığını xatırladan Əli Həsənov ÇXR Sədri Si Cinpinin qədim İpək Yolu iqtisadi dəhlizi təşəbbüsünün ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəkləndiyini, bu layihənin təkcə regionun deyil, həmçinin dünya iqtisadiyyatının inkişafına böyük təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Əli Həsənov 2014-cü ilin mayında Prezident İlham Əliyev ilə ÇXR Sədri Si Cinpin arasında keçirilmiş görüşdə hər iki liderin Asiya-Avropa nəqliyyat-kommunikasiya, logistika və xidmət sahələrində gələcək əməkdaşlığın sürətləndirilməsi üçün qarşılıqlı səylərin artırılması barədə fikirlərini bir daha yada salaraq, Çin şirkətlərini bu sahədə fəal əməkdaşlığa dəvət edib. O, həmçinin Azərbaycanın energetika sahəsindəki potensialının nəzərə alınaraq, Çin ilə neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, bərpa olunan enerji sahəsində bu ölkənin əldə etdiyi texniki nailiyyətlərin Azərbaycanda tətbiqi ilə bağlı öz ölkəsinin bəzi istəklərini Çin tərəfinin diqqətinə çatdırıb. Bundan başqa,

Azərbaycanda müasir tipli kənd təsərrüfatı müəssisələrinin yaradılmasında qabaqcıl Çin təcrübəsinin öyrənilməsi və Çinin aparıcı şirkətlərinin Azərbaycana dəvət olunmasının əməkdaşlığımızın ümumi çərçivəsinin genişləndirilməsində yaxşı imkanlar yarada biləcəyini vurğulayıb.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasındakı qarşılıqlı dəstəyin gələcəkdə də davam etdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.
Əli Həsənov Azərbaycanın bütün ölkələrlə ikitərəfli münasibətlərini beynəlxalq hüququn 3 əsas prinsipi - ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunması, mübahisəli məsələlərin sülh yolu ilə həlli və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurduğunu söyləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qəbul etdiyi 4 qətnamə əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkür edib.

Tərəflər qeyd ediblər ki, yaranmış hazırkı beynəlxalq vəziyyətdə dünyada sülhün qorunması baxımından bu prinsiplərin hər üçünə əməl olunması son dərəcə vacibdir.
Du Çinlin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha diqqətə çatdırıb.
Əli Həsənov da Azərbaycanın Çinin ərazi bütövlüyünü və bölünməzliyini dəstəklədiyini, bu ölkənin daxili işlərinə hər hansı müdaxilənin yol verilməz olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan etnik separatizmi və bu fonda törədilən istənilən terrorçuluq fəaliyyətini qınayır, bunun hazırkı şəraitdə nəinki təkcə ayrı-ayrı regionlar, bütünlükdə bəşəriyyət üçün böyük təhlükə olduğunu, terror cəhdlərinin qarşısının bütün dünyada qətiyyətlə və ciddi şəkildə alınmasının vacibliyini vurğulayıb, Çində və Azərbaycanda daxili sabitliyin qorunmasının hər iki ölkə üçün çox vacib olduğunu bildirib.

Görüşdə dost ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasındakı tərəfdaşlıq əlaqələrinin inkişafında yüksək səviyyəli səfərlərin böyük əhəmiyyətə malik olduğunu bir daha təsdiq ediblər.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov səfər çərçivəsində bu ölkənin digər rəsmiləri ilə də görüşlər keçirib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr üzrə nazir müavini Cou Li Əli Həsənov ilə görüşdə ötən il ÇKP nümayəndə heyətinin rəhbəri kimi Bakıya səfərini məmnunluqla xatırlayaraq, gündən-günə daha sürətlə inkişaf edən və modernləşən

Azərbaycandan xoş təəssüratla ayrıldığını diqqətə çatdırıb. O, Bakı şəhərinin simasında müşahidə etdiyi dəyişikliklər, iqtisadi sahədəki dinamik inkişaf, aparılan islahatlar, sosial sabitlik və əhalinin rifah halının yaxşılaşdırılması sahəsində qazanılan nailiyyətlərdən məmnunluq hissi ilə bəhs edib.

Görüşdə tərəflər yaranmış mürəkkəb beynəlxalq vəziyyətdə iki ölkənin müxtəlif strukturları arasında siyasi məsləhətləşmələrin və dialoqun aparılmasının vacibliyini xüsusi qeyd ediblər.

Cou Li Çinin köklü maraqlarına cavab verən məsələlərdə verdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib.

Əli Həsənov Çinin qabaqcıl şirkətlərini Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak etməyə dəvət edib, onlara bu istiqamətdə hər cür şəraitin yaradılacağını deyib.
Cou Li Çin tərəfinin iqtisadi sahədə malik olduğu potensialı Azərbaycanla bölüşməyə və Çin investorlarının Azərbaycana qoyulan yatırımın həcminin artırılmasına hazır olduğunu bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov 15 milyon əhalisi olan Tiencin şəhərində olub, Şəhər Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi, təbliğat-təşviqat idarəsinin rəisi Van Xenşen ilə görüşüb.

Van Xenşen Bakının və Tiencinin liman şəhərləri olduğunu nəzərə çatdıraraq, onlar arasında gələcək iqtisadi əlaqələrin genişləndirilməsini təklif edib.

O qeyd edib ki, ölkənin əsas şəhərlərindən biri olan Tinecinin Şəhər Partiya Komitəsinin rəhbəri Çin KP Siyasi Bürosunun daimi üzvüdür. Bu şəhər tekstil, telekommunikasiya sahəsində Çinin ən aparıcı şəhərlərindən biridir.

Əli Həsənov Tiencin şəhərinin azad ticarət zonası, "Airbus" təyyarə zavodu, xarici ticarət limanı və s. müəssisələri ilə tanış olub.

Görüşlərdə Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov iştirak edib.

"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Erməni vandalizminin son həddi: Talan olan Zəngilan - Trend TV-nin REPORTAJI
Türkiyədə Rusiya vaksini istehsal ediləcək
"Dostluq" yatağının birgə işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq - "Wood Mackenzie"
Gürcüstan XİN rəhbərinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib
Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur - Nazir
Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara çatır
Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib - Emin Əmrullayev
22 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
"Standard & Poor's" agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozu yüksəldib
Şagirdlərin milli qiymətləndirilməsinin aparılması nəzərdə tutulur
"Torqovı"nun bağlı qalan obyektləri açılış gününü gözləyir (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Rusiyada koronavirusa 30 minə yaxın yeni yoluxma olub, 559 nəfər ölüb
Pandemiyada ölüm hallarının qarşısının alınması ilə bağlı layihənin ilk koordinasiya görüşü keçirilib
DİN sosial şəbəkə istifadəçilərinə dələduzlarla bağlı müraciət edib
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev
Müharibə zamanı dağıdılan məktəblərlə bağlı qərarlar üzərində işlənilir - Nazir
“Yüksəliş” müsabiqəsi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib (FOTO)
Bazar günü hava yağmursuz keçəcək, 8 dərəcə isti olacaq
Rus hərbçisi Ermənistanda qəzaya düşüb öldü
Cəlilabadda qadın əri tərəfindən öldürüldü
Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Müharibənin təsirindən psixoloji travma alan şəxs ən kiçik hadisədən aqressivləşib özünə zərər yetirə bilər - Psixoloq TÖVSİYƏLƏRİ
KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb (FOTO)
Ötən il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb
Qonşusunu evində boğaraq qətlə yetirən 18 yaşlı gənc tutulub
Hindistanda bir gündə rekord sayda şəxs peyvənd olunub
Qanunsuz ov edən şəxs cəzalandırılıb
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Döyüş zamanı yoldaşının canı sənə əmanət olur – Vətən müharibəsinin iştirakçısı (FOTO)
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)
Türkiyə Braziliyadan uçuşları dayandırır
Belçika koronavirus əleyhinə tədbirləri sərtləşdirilir
Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu
Pentaqonun yeni rəhbəri NATO-nun ABŞ üçün əhəmiyyətini vurğuladı
Meksika və ABŞ prezidentləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Kolumbiyanın şərqində neft boru kəməri partladılıb
Vaşinqtonda “20 Yanvar” şəhidlərinin əziz xatirəsi anılıb (FOTO)
İsveçrə məhkəməsi İsrailli iş adamını həbs etdi
ABŞ-da iqtisadi böhran dərinləşir - Bayden
Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər - ÜST
ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq
ÜST: Dünyada ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün təcili tədbirlər görülməlidir
Azad Rəhimovun komaya düşməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Ombudsmanın 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirib
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanıldı
Məzarlarda qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - Trend TV Zəngilanda (FOTO)
Abşeronda ikimərtəbəli evdə yanğın olub
Baş Prokurorluq Masallıda əməliyyat keçirdi, baş həkim saxlanıldı
Azərbaycana elektrik və hibrid avtomobillərin gətirilməsi necə stimullaşdırıla bilər?
Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq... - TƏHLİL
Azərbaycan dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edir
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib (FOTO)
Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalması iddiası ilə bağlı AÇIQLAMA yayıb
“ADA” Universiteti işğaldan azad olunmuş ərazilərə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
Bütün xəbərlər