...

Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar nazirinin görüşü olub (FOTO)

Siyasət Materials 5 Aprel 2015 23:30 (UTC +04:00)
Aprelin 5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naiminin görüşü olub.
Prezident İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar nazirinin görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Aprelin 5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naiminin görüşü olub.

Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulandı.

Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparıldı. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edildi. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulandı, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də "Cənub" qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti