...

Azərbaycanda növbəti irimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir (FOTO)

Siyasət Materials 9 Aprel 2015 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən təlimlər keçirilən bölgədə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.

Təlimlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti