Əli Həsənov: Azərbaycan dünyada siyasi plüralizmin hökm sürdüyü dövlət imici qazanıb (ƏLAVƏ OLUNUB 3)

Əli Həsənov: Azərbaycan dünyada siyasi plüralizmin hökm sürdüyü dövlət imici qazanıb (ƏLAVƏ OLUNUB 3)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan vətəndaş cəmiyyəti institutlarına, KİV-lərə və QHT-lərə yaratdığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəstəyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı əlverişli şəraitə görə, dünyada siyasi plüralizmin hökm sürdüyü bir dövlət imici qazanıb".

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Azərbaycan müasir dünyada" adlı konfransda çıxışı zaman deyib.

Ə.Həsənov bildirib ki, bu amil Azərbaycanın beynəlxalq imici və geosiyasi gücünə real təsir göstərib:

"Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik həyatında iştirak edir və müvafiq sahələrdə geosiyasi maraqlarını təmin etməyə çalışır".

Azərbaycanın uğurlu neft strategiyasından danışan Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycan Xəzər Dənizinin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistanla birlikdə üçüncü minillikdə Avropanın artan enerji tələbatının ödənilməsi və dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində ən əlverişli və ümidverici tərəfdaş hesab olunur.

O qeyd edib ki, dünyada alternativ enerji mənbəyi hesab olunan Xəzər regionunda neft-qaz istehsalı ilə bağlı əsas risklərdən biri hesab olunan məhsulun dünya bazarına təhlükəsiz və sərbəst marşrutlarla çıxarılması ilə bağlıdır:

"Bu anlamda Azərbaycanın özünün və tərəfdaşlarının hasil etdiyi neft-qaz məhsullarının xarici bazarlara çıxarılması, ixrac marşrutlarının şaxələndirilməsi sahəsində Xəzər ölkələri içərisində həm Qazaxıstandan, həm də Türkmənistandan daha əlverişli vəziyyətdədir. Onlarla müqayisədə ölkənin enerji ixracı riskləri çox aşağı səviyyədədir".

PA rəsmisi bildirib ki, hazırda Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorosiysk kimi illik gücü təxminən 70 milyon ton təşkil edən 3 neft kəməri Bakı-Tbilisi-Ərzurum, Bakı-Astara-İran və Bakı-Rusiya kimi illik gücü təxmunən 30-40 milyard kubmetr olan maye qaz kəmərinin mövcudluğu Azərbaycanın və tərəfdaşlarının enerji ixracı sahəsindəki geoiqtisadi risklərini sıfıra endirib:

"Avrasiyanın ən tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb ticarət enerji, yanacaq və nəqliyyat kommunukasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir".

Ə.Həsənov bildirib ki, Azərbaycan regionda yürütdüyü balanslı təhlükəsizlik siyasəti ilə həm Avroatlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi fiqura çevrilib: "Keçən dövrdə Azərbaycan Cənubi Qafqazda və Avrasiya məkanında bir-biri ilə toqquşan iki hərbi bloku - NATO və KTMT-nın mövcudluğunu nəzərə alaraq davamlı, tarazlı siyasət aparmağa üstünlük verib. Mütəxəssislər hesab edir ki, Azərbaycanın bu siyasəti Cənubi Qafqazın mövcud reallığına tam adekvatdır".

Ə.Həsənov bildirib ki, dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri Azərbaycanı üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir: "Azərbaycanın tranzit imkanları artdıqca planetar geosiyasətin dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur. Azərbaycanın qlobal və regional geosiyasi çəkisini artıran başlıca amillərdən biri də onun müstəqil bir dövlət olaraq tam formalaşması, özünü təmin edən milli iqtisadiyyata, maddi, mənəvi və insan resurslarına, milli vətəndaş birliyinə, xalq tərəfindən dəstəklənən milli strategiyaya, güclü ordu və müdafiə potensialına və s. zəruri təsisatlara malik olması və bütün bunlara söykənərək müstəqil daxili və xarici siyasət yürütməsidir".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda xristianlıqla islamın sərhədlərinin və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan, öz multikulturast və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur:

"Ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü ardıcıl siyasət regionda Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı, həm də Cənubi Qafqaz və Xəzər Hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün bunlar əlbəttə ki, onun xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur. Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə, dünyada seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi ilə bağlı olub".

PA rəsmisinin sözlərinə görə, Azərbaycan regionda yürütdüyü balanslı siyasəti ilə həm avroatlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib:

"Hazırda Azərbaycanın əksər xarici və region ölkələri ilə yaxşı tərəfdaşlıq və əməkdaşlıq münasibətləri var. ABŞ, Avropa Birliyi ilə yanaşı, Azərbaycan Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya, Yaxın Şərq, 2012-cildən Qoşulmama Hərəkatına üzv olduqdan sonra isə bir sıra Cənubi Amerika ölkələri ilə tərəfdaşlıq əlaqələri yaradıb. Ətraf ölkələrdən onun yalnız Ermənistanla Dağlıq Qarabağla bağlı münaqişəsi və problemləri mövcuddur. Xəzər hövzəsi ölkələri içərisində Türkmənistan və İranla Xəzər Dənizindəki sektor bölgüsü və bəzi yataqların mənsubiyyəti ilə bağlı müəyyən problemlər olsa da, hazırda bu ölkələrlə bütün digər sahələr üzrə dostluq və tərəfdaşlıq münasibətləri hökm sürür. Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı geosiyasi dəyərini daha da artırıb. Təsadufi deyil ki, ekspertlər Bakını "Humanitar Davos" adlandırırlar. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerant ölkələrdən biridir. 2012-ci ildə "Avroviziya" mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan artıq 2015-cil ildə I Avropa Oyunlarını keçirməyə hazırlaşır".

Ə.Həsənov bildirib ki, Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən amillər də mövcuddur. Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən bəri həll olunmamasını aid edirlər: "Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişaf yolunda rastlaşdığı ən mühüm problem də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. Müstəqilliyin ilk illərində bu problem ölkənin bölgədə və dünyada kəsb etdiyi geosiyasi əhəmiyyəti ciddi surətdə azaldaraq beynəlxalq investisiya qurumlarının ölkəyə davamlı kapital qoyuluşu siyasətinə uzun müddət ciddi mənfi təsir göstərib".

Ə.Həsənov qeyd edib ki, bununla yanaşı, Xəzər dənizinin hüquqi statusunun sona qədər həll edilməməsindən, Transxəxər layihəsinə region dövlətlərinin fərqli yanaşmasından qaynaqlanan bəzi digər bölgə problemləri də həm Azərbaycanın, həm də digər qonşu ölkələrin xarici aləmlə tərəfdaşlığına mənfi təsir göstərib: "Bir faktı da qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Cənubi Qafqaz, Xəzər, Qara dəniz hövzəsindəki regional qarşıdurmalara və bəzi problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına Azərbaycanı nə qədər əlverişsiz ölkə kimi təqdim etməyə çalışsalar da, malik olduğu zəngin enerji resursları, Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər cəlbedici və arzu edilən tərəfdaşa çevrilib. Beləliklə, müstəqilliyinin 20 ili ərzində Azərbaycan siyasi, iqtisadi, ictimai və mənəvi həyatın bütün sahələrində keçid dövrünü uğurla başa vurub və bir dövlət olaraq tam formalaşıb, güclü regional amilə çevrilib və qlobal siyasətdə öz sözü, rəyi, prinspial mövqeyi ilə seçilən nüfuzlu dövlət kimi çıxış etməyə başlayıb".

İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Yankauskas: Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək
Yankauskas: Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək
Loading Bars
Xəbər lenti
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Bakıda ikimərtəbəli ev yanıb
Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində qəbul keçirilib
Bakıda "Qafqaz Albaniyası irsi” mövzusunda videokonfrans keçirilib (VİDEO)
Aeroport yolunda qəza: Nəqliyyatın hərəkətində sıxlıq yaranıb
AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib (FOTO)
Ceyhun Bayramov BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)
Zərdabda yük maşını yanıb
Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi - RƏY
Yüksək bal toplamış kursantlarla görüş keçirilib
Məhkəmələrin istifadəsi üçün nəzərdə tutulan avtomobillərin sayı artırıldı - QƏRAR
ABŞ-da "TikTok" yükləmək qadağan edilir
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub
Azərbaycan gəncləri BMT-nin strateji sənədinin hazırlanmasına kömək edir (FOTO)
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır
Səyyar ASAN xidmət davam edir
Tofiq Yaqublu barədə hökmün dəyişdirilməsi bəzi hadisələri yersiz siyasiləşdirən qüvvələrin iflası oldu - Aydın Quliyev
İşçilər bu sığorta növünü tələb etməlidirlər
Bakıda tikiş sexi və ona bitişik anbar yanıb
Elman Paşayev vəkil statusundan məhrum edildi
Rezidenturaya qəbul imtahanı başa çatıb
Tofiq Yaqubludan istifadə edənlər onun həyatı bahasına belə olsa, öz çirkin niyyətlərindən sonadək əl çəkmədilər - Deputat
YAP-da “Əsrin müqaviləsi və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib
Bakı Yunus Emre İnstitutu türkcə yetərlilik imtahanı keçirib (FOTO)
Pərviz Şahbazov: Azərbaycan etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilib
Əli Əhmədov: Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasında “Əsrin müqaviləsi”nin xüsusi yeri var
Özünüməşğulluq proqramına qoşulmuş aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
Prokurorluq Xaçmazda ər-arvadın güllələnərək qətlə yetirilməsilə bağlı məlumat yaydı
Tofiq Yaqublu barədə qərar dövlətin öz vətəndaşına humanist yanaşdığının növbəti təzahürüdür - BAXCP sədrinin müavini
Sentyabrın 21-də manatın dollara qarşı məzənnəsi
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı (ƏLAVƏ OLUNUB) (FOTO)
Məzunlardan 125-i qızıl, 76-sı gümüş nişanla təltif olunub
Rusiya Bankı uçot dərəcəsini dəyişməz saxlayıb
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
ETSN: Odunun bir kub metrinin 15 manata satılması nəzərdə tutulur
Məktəbəhazırlıq qruplarına 26 459 uşaq qeydiyyatdan keçib
AQTİ laboratoriyaları “Balda keyfiyyət göstəriciləri” üzrə səriştəlilik test proqramında yüksək nəticə göstərib (FOTO)
Meşələrdə quraşdırılan kameraların sayı artırılacaq
Sumqayıtda qəsdən adam öldürməyə cəhd edən şəxsin istintaqı yekunlaşıb
Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı
“Çıraqqala”ya meşənin içindən piyadalar üçün yol salınıb - RƏSMİ
"Yüksəliş" müsabiqəsi Dövlət Miqrasiya Xidmətinin rəisinin təqdimatında vebinar təşkil edib (FOTO)
Bu il 21 meşə mühafizəsi işçisi işdən çıxarılıb
Tofiq Yaqublu ev dustaqlığına buraxıldı (YENİLƏNİB)
Nazirlik: Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir
Rusiyada mer koronavirusdan ölüb
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq etdi
ETSN: Meşələrdə yanğın halları azalıb
YAP Gəncə şəhər təşkilatında yüksək bal toplayan gənclərlə görüş keçirilib (VİDEO)
İlin sonunadək Azərbaycanın 10,7 min hektar ərazisinin su təminatı yaxşılaşdırılacaq
Eldar Həsənovun növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edildi
Mərkəzi Gömrük Hospitalında profilaktik tədbirlər gücləndirilmiş şəkildə davam etdirilir
İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu
“Həkimlərimizi tanıyın!” - Tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
Ceyhun Bayramovla Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı arasında telefon danışığı olub
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib (FOTO)
Meşədə gizli şəkildə narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Zaqatalada ölüm faktının üstü 9 ildən sonra açıldı
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür
Bank Respublika Azərbaycanda ilk dəfə gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib (FOTO)
Dünyanın ən yaşlı qadını uzunömürlülük rekordu vurub
Azərbaycanda qızıl və gümüş bahalaşır
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik (FOTO)
Dağlıq Qarabağın azərbaycanlı icmasında bir neçə səfirlə görüş olub
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək
Dağlıq Qarabağın azərbaycanlı icması “Xankəndi talanları ” kampaniyası çərçivəsində növbəti video çarx hazırlayıb
Mərkəzi Bank uçot dərəcəsini endirdi
İranda gündəlik koronavirusa yoluxanların sayı artıb
Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq
Brejnevin Nobel sülh mükafatına namizədliyi təklif olunub
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib
Sabah hava küləkli olacaq
"Sədərək"də komissiya yaradıldı: Mağazaların işıqları söndürüldü
Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq
Tenderlərdə şəffaflıq necə qorunmalıdır? - Dövlət Xidməti Trend-in suallarını cavablandırıb
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
Azərbaycan nefti bahalaşır
"İsraildə Azərbaycan Evi"nin rəhbəri Akko şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb
Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
Xətai rayonunda yolların yenidən qurulmasına 10,05 milyon manat ayrılıb
Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb (FOTO)
Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri gücləndirildi (FOTO)
Payızın qazandıran kampaniyası Hesab.az-da!
Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi
Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi
Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri
Peyvəndlərin aparılması bərpa edilib - Səhiyyə Nazirliyi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)
Bütün xəbərlər