...

BƏƏ Azərbaycanla mədəniyyət sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır

Siyasət Materials 7 May 2015 21:15 (UTC +04:00)
Bu gün Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mədəniyyət, Gənclər və Sosial İnkişaf Nazirliyinin Dubay ofisində sosial inkişaf məsələləri üzrə nazir müavininin köməkçisi Hakəm əl-Haşimi ilə görüş keçirib.
BƏƏ Azərbaycanla mədəniyyət sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır

Azərbaycan, Bakı, 7 may /Trend/

Bu gün Azərbaycanın baş konsulu Pərviz İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mədəniyyət, Gənclər və Sosial İnkişaf Nazirliyinin Dubay ofisində sosial inkişaf məsələləri üzrə nazir müavininin köməkçisi Hakəm əl-Haşimi ilə görüş keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı baş konsul Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın qədim mədəniyyəti, siyasi, sosial, iqtisadi və s. sahələrdə ölkəmizdə gedən dinamik inkişaf haqqında məlumat verib və hər iki ölkədə qarşılıqlı olaraq mədəniyyət günləri və mədəni irs sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

H.Haşimi Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət aldlğını və böyük məmnuniyyətlə sözügedən forumda iştirak edəcəyini qeyd edib. O, Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsində maraqlı olduqlarını, Azərbaycanla BƏƏ arasında tarixi-mədəni yaxınlığın iki dövlət arasında münasibətlərin dərinləşməsində olduqca mühüm rol oynadığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti