Avropa Parlamenti: Yenidən Kömür və Polad Birliyinə doğru

Avropa Parlamenti: Yenidən Kömür və Polad Birliyinə doğru

Ayrı-ayrı siyasi dairələrin əlində alətə çevrilən Avropanın qanunverici orqanı müstəqil dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilib

Beynəlxalq miqyaslı tədbirlər ərəfəsində Qərb dairələri tərəfindən Azərbaycana qarşı gücdən salma kampaniyasının gücləndirilməsi adət halını alıb. Bunun bariz nümunəsini 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" musiqi yarışması öncəsi daha aydın görmüşük. O zaman bir sıra Qərb dairələri, erməni lobbisi, həm də bu qüvvələrin təsiri altında olan daxilimizdəki "5-ci kolon" Azərbaycanı qaralamaq üçün ən müxtəlif vasitələrə əl atdılar. İndi də eyni vəziyyət 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində yaranıb. Demokratiya, hüquq müdafiəçiliyi pərdəsi altında gizlənən xarici qurumlar, transmilli təşkilatlara bağlı Qərb mediası, həmçinin onların daxilimizdəki uzantıları bu oyunların əhəmiyyətini kiçiltməyə, Azərbaycanı mümkün qədər qara rəngdə təsvir etməyə başlayıblar. Əfsus ki, bəzi hallarda bu prosesə Avropa İttifaqının nüfuzlu qurumlarından sayılan Avropa Parlamentinin bir qrup üzvləri da cəlb edilir. Belə ki, Avropa Parlamenti Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı iyunun 10-da Strasburqda müzakirələr keçirməyi qərarlaşdırıb. Qurumun saytında bu barədə yerləşdirilən məlumata görə, dinləmələr zamanı böyük idman oyunlarının insan haqları müdafiəsi və universal dəyərlərin təbliği istiqamətində rolu müzakirə ediləcək. Bir gün əvvəl isə sözügedən müzakirələrlə bağlı Avropa Parlamenti İnsan haqları komitəsində alt komitə sədri Yelena Valensiano və Mədəniyyət Komitəsinin sədri Silvia Kostanın birgə mətbuat konfransı keçirilib. Müzakirələrin səhəri günü, yəni iyunun 11-də daha bir mətbuat konfransı keçiriləcək, müzakirələr barədə ətraflı məlumat veriləcək. Dinləmələrin mövzusundan da hiss olunur ki, bu "təşkilatçılıq" Azərbaycan ünvanına qarayaxma kampaniyasının tərkib hissəsidir.

Parlamentə çevrilən Kömür və Polad Birliyi

Xatırladaq ki, 1952-ci ildə Avropa Kömür və Polad Birliyi kimi yaranmış və 1957-ci il Roma müqaviləsindən sonra özünü Avropa Parlamenti adlandıran qurum əvvəllər avropalılar arasında ciddi orqan kimi qəbul olunmayıb. 1970-ci illərdə Avropa Parlamentinin adı gələndə deyirdilər ki, "öz qoca babanı göndər Avroparlamentdə otursun". Yalnız 1979-cu ildə vətəndaşlar tərəfindən seçilməyə başlayan Avropa Parlamenti sonrakı illərdə həyata keçirilmiş islahatlar nəticəsində yeni səlahiyyətlər əldə edib və Avropa İttifaqının rəhbər orqanları arasında əsas sözçülərdən birinə çevrilib. Fəaliyyəti dövründə Avropa Parlamenti vahid Avropa ailəsinin, müasir Avropa standartlarının formalaşması və inkişafında mühüm rol oynayıb. Lakin son illər Avropa Parlamentin fəaliyyəti yenidən vətəndaşlar, hətta avroparlamentarilər arşında ciddi fikir ayrılığının yaranmasına səbəb olub.

Təzyiq vasitəsi rolunu oynayan sifariş aləti

Xüsusilə Martin Şultsun rəhbərliyi dövründə Avroparlamentin Avropa xalqlarının iradəsini ifadə etməli olan ali orqandan ayrı-ayrı siyasi dairələrin və qrupların maraq və mənafeləri naminə fəaliyyət göstərən bir quruma çevrilib. Cənab Şultsun gəncliyində içkiyə meylli olması, alkoqolizmdən ciddi şəkildə əziyyət çəkməsi, bu səbəbdən hətta iş yerindən qovulması kimi xəbərlər onun bioqrafiyasında hamıya məlum olan faktlardır. Bütün bunlar Avroparlament sədrinin siyasətçi kimi atdığı avantürist addımlara, verdiyi bəyanatlara təsirsiz ötüşməyib. Şults 1994-cü ildən Avropa Parlamentinin üzvü, 2012-ci ildən isə qurumun prezidentidir. Bu müddət ərzində o, bir sıra qalmaqallarla yadda qalıb. İtaliyanın keçmiş baş naziri S.Berluskoni haqqında dedikləri, İsrail Knessetindəki çıxışı, Britaniyanın Aİ-dəki rolu haqqında söylədikləri və sair hadisələr hər kəsə məlumdur. M.Şults 2014-cü ildə Avropa Parlamentinin sədri postuna yarışmada Avropa Birləşmiş Solçu Partiyalar Qrupunun namizədi kimi çıxış edən ispaniyalı deputat Pablo İqlesias bildirib ki, "Avropa qurumlarında sadə vətəndaşlar deyil, ayrı-ayrı klanların nümayəndələri təmsil olunublar". Doğrudan da cənab Şults bəzi Avropa paytaxtlarından gələn sifarişləri gözüyumulu icra etməklə, habelə parlamentdəki azsaylı fraksiyaların səslərini qulaq ardına vurmaqla və onların manevr imkanlarını məhdudlaşdırmaqla özü haqqında "hər şeyə qadir" və "əvəzolunmaz" şəxs rəyi formalaşdırmağa çalışıb. Buna görə də Avroparlament hazırda ayrı-ayrı siyasi dairələrin əlində müstəqil dövlətlərə təzyiq vasitəsi rolunu oynayan sifariş aləti kimi qəbul olunur.

Vəzifə səlahiyyətlərini aşmaq, riyakarlığa görə tanınmaq

M.Şultsun vəzifə səlahiyyətlərindən öz maraqlarına uyğun şəkildə istifadə etdiyinə dair bir çox faktlar mövcuddur. Məsələn, o, 2014-cü ilin aprelində Avropa Parlamenti büdcəyə nəzarət komitəsinin deputatların müzakirəsinə çıxarılacaq hesabatında özünün fəaliyyətini tənqid edən paraqrafı qanunazidd şəkildə sənəddən çıxarıb. Şults Avropa Komissiyasının prezidentliyi üçün apardığı kampaniya dövründə manipulyasiyaya əl ataraq, Avropa Parlamenti prezidenti üçün hazırlanmış və 60 min izləyicisi olan Twitter səhifəsini özünün şəxsi səhifəsinə çevirib. O, seçki kampaniyası dövründə parlament prezidentinə ayrılan gündəlik ezamiyyə xərclərini kampaniya üçün istifadə etməkdə də günahlandırılır. Bu məqsədlə 110 min avronu mənimsədiyi bildirilir. Şults həmçinin öz kabinetinin beş üzvünün parlament idarəçiliyində yüksək maaşlı işlə təmin olunmasına, öz seçki kampaniyasında fəaliyyət göstərən şəxslərin parlamentdən qeyri-qanuni gəlir əldə etməsinə şərait yaratmaqda ittiham olunub. M.Şults vəzifə səlahiyyətlərini aşmaqla, başqalarının əlində alət olmaqla bərabər, riyakarlığına görə də tanınan şəxsdir. O, konkret məsələlərə münasibətində belə ardıcıllığa əməl edə bilmir. Avropa Oyunları ilə əlaqədar Azərbaycanı tənqid etmək üçün gün sayan Şults bir müddət əvvəl Brüsseldə keçirilmiş "Avropa idman gecəsi"'ndə Avropa Oyunlarının təqdimatı zamanı kifayət qədər müsbət fikirlər bildirib. Avropa Parlamentinin sədri bu Oyunların keçirilməsini ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərləri nümayiş etdirdiyini bildirib. Oyunların yüksək səviyyədə keçirilməsi üçün kifayət qədər əmək sərf edildiyini diqqətə çatdıran Şults yarışların uğur və müvəffəqiyyətlə baş tutacağına ümid edib. O, idmanın inkişafının tolerantlıq üçün çox vacib olduğunu vurğulayıb. Lakin Avropa Parlamenti rəhbərinin son bəyanatları sübut edir ki, ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərlər Şults üçün ritorikadan başqa bir şey deyil. Əminliklə demək olar ki, bu mövqe heç də Şultsun Azərbaycana olan pozitiv münasibətindən qaynaqlanmır. Sadəcə olaraq o, rəsmi şəxs kimi Avropa üçün belə bir mühüm tədbirlə bağlı əsassız iddialar səsləndirməməklə, növbətçi pozitivliyə varmaqla özünü mümkün qınaq təhlükəsindən sığortalayır.

"Müstəqil" və qeyri obyektiv qurum

Qeyd edək ki, son illər Avropa Parlamentinin müxtəlif ölkələrlə bağlı qəbul etdiyi qətnamələr bu qurumun müstəqilliyinə və obyektivliyinə ciddi şəkildə kölgə salıb. Məlumdur ki, Avropa Parlamentində deputatların ümumi sayı 2007-ci ilə kimi Nissa müqaviləsi ilə tənzimlənib və 736 nəfər olub. 2007-ci ildə Lissabon müqaviləsinə əsasən deputatların sayı 751 nəfərə çatdırılıb. Təəccüb doğuran hal ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı qətnamələrin müzakirəsində və səsvermədə iştirak edən deputatların sayı hər dəfə 50-60 nəfəri keçməyib. Məsələn, 2011-ci il mayın 12-də qəbul olunmuş qətnamənin müzakirəsində və səsvermədə cəmi 54 deputat iştirak edib. 2012-ci il mayın 20-də 56 deputatın iştirakı ilə keçirilmiş toplantı və müvafiq qərəzli qətnamənin qəbulu Bakıda "Avrovizion" mahnı müsabiqəsi ərəfəsinə təsadüf edib. Həmçinin, iyunun 20-21-də Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisi əməkdaşlıq komitəsinin iclasının keçirilməsi nəzərdə tutulub. 2013-cü il iyunun 15-də Avropa Parlamentində 50-60 nəfərin iştirakı ilə təşkil olunmuş müzakirələrdən bir neçə gün əvvəl - iyunun 7-də isə Yeni Azərbaycan Partiyasının V qurultayı keçirilib və dövlət başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyi irəli sürülüb. 2014-cü il sentyabrın 18-də yenə də azsaylı üzvlərin iştirakı ilə qətnamənin qəbulu "Əsrin müqaviləsi"nin ildönümü və "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi ərəfəsinə təsadüf edib. Səsvermədə iştirak edən deputatların əksəriyyəti Azərbaycanda həbs olunmuş Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü dünyasını dəyişdikdən sonra Ermənistan rəhbərliyinə başsağlığı verən şəxslər olublar. Üstəlik, bu qətnaməyə Azərbaycana qarşı daha radikal addımların atılması və sanksiyalar tətbiq olunması barədə bənd daxil edilib.

Erməni təəssübkeşliyi

Faktlar onu göstərir ki, bütün müzakirələr və səsvermələr təxirəsalınmaz şəkildə, yalnız məlum bir qrup deputatın iştirakı ilə keçirilib və Azərbaycanda hər hansı mühüm bir hadisəyə təsadüf edib. Bu da həmin sənədlərin sifarişli xarakter və təzyiq məqsədi daşıdığını, Avropa Parlamentinin adından sui-istifadə edən bir qrupun və onların başında duran parlamentin sədri Martin Şultsun vasitəsilə həyata keçirildiyini deməyə tam əsas yaradır. Əslində, cənab Şults heç vaxt Azərbaycanı tənqid etmək fürsətini qaçırmayıb. Hətta Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Macarıstandan ekstradisiya olunduqdan sonra xüsusi bəyanatla çıxış edərək "narahatlığını" bildirib. 2014-cü il noyabrın 26-da Strasburqda akademik Saxarov adına mükafatın təqdimetmə mərasimində isə Avropa Parlamentinin sədri emosional şəkildə Azərbaycanı insan haqlarının pozulmasında ittiham edib. Şultsun Azərbaycanın Avropada fərqli şəkildə təqdim olunması üçün Avropa Parlamentinin prezidenti kimi əlində olan bütün mümkün vasitələrdən istifadə etdiyi artıq hər kəsə bəllidir. Son vaxtlar o da məlum olub ki, Avropa Parlamentinin üzvlərinin Azərbaycana rəsmi səfərlərinə qurum daxilində qeyri-rəsmi qadağa mövcuddur. Son dörd ay ərzində Ermənistana 3 dəfə səfər etmiş Avropa Parlamentinin vitse-prezidentlərindən biri Avropa İttifaqının regional siyasəti çərçivəsində balanslaşdırılmış yanaşmanı qoruyub saxlamaq üçün Azərbaycana da səfərin həyata keçirilməsini təklif edib. Lakin bu təklif Şults tərəfindən qəti şəkildə rədd edilib. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan və Azərbaycana münasibətdə fərqli yanaşmaları qoruyub saxlamaqla, Şults Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına maneələr yaratmağa çalışır.

"Demokratiyanın" növbəti təzahürü

Şults barədə danışarkən onu da qeyd etmək yerinə düşər ki, 2014-cü ildə sosial-demokratların lideri kimi o, Avropa Komissiyasının rəhbəri postuna öz namizədliyini irəli sürüb və aylıq maaşı 27 min avro təşkil edən bu vəzifəni heç bir halda əlindən buraxmaq istəməyib. Lakin bu mübarizədə, o, Avropa Xalq Partiyasının namizədi Jan-Klod Yunkerə məğlub olub və ikinci dəfə Avropa Parlamentinə rəhbərlik etmək təklifinə razılaşıb. Avropa mediasının verdiyi məlumata görə, bu şəxslərdən hansının Avropa Komissiyasının, hansının isə Avropa Parlamentinin rəhbəri olacağı Lissabon müqaviləsinə əsasən parlamentarilər tərəfindən deyil, iyunun 26-27-də Avropa İttifaqının Sammitində dövlət başçıları tərəfindən müəyyən olunub. Avropa Parlamentinin deputatları isə sadəcə öz rəhbərlərinin iradəsinə uyğun səs veriblər. Əlbəttə, söhbət Avropadan gedirsə, bunu da "demokratiyanın" növbəti təzahürü kimi qəbul etmək olar.

İki fraksiyanın monopoliyası

Avropa demokratiyasının digər bir təzahürü Avropa Parlamentinin tərkibi, fraksiyaların imkanları arasında ciddi fərqdə özünün büruzə verir. Bu qurum birbaşa seçkilər vasitəsilə formalaşdığı 1979-cu ildən bu günə kimi iki fraksiyanın - Sosialistlər və Demokratların Proqressiv Alyansı (SOC) və Avropa Xalq Partiyası (EPP) fraksiyalarının nəzarətindədir. Sonuncu 2014-cü il seçkilərində də EPP 29.4 faiz səslə 221, SOC isə 25.4 faizlə 191 mandat əldə ediblər. Ümumilikdə 751 deputatın təmsil olunduğu parlamentdə 412 səsə (53.8 faiz) malik olan bu iki fraksiya bütün məsələlərə təsir imkanlarını öz əllərində saxlayırlar. Kommunistlər və solçular, yaşıllar, regionallar, liberallar, konservatorlar, milliyyətçilər və avroskeptiklər, sağçılar, həmçinin müstəqil deputatlar bu və ya digər şəkildə qərarların qəbuluna ciddi təsir göstərmək imkanına malik deyillər. Bir çox ekspertlər və avroparlamentarilər bu nisbəti iki fraksiyanın monopoliyası adlandırır və Avropa Parlamentində ədalət prinsipinin pozulduğunu bildirirlər. Hesab olunur ki, mövcud durum Avropada bəzi ölkələrin ardıcıl şəkildə öz siyasi xətlərini yürütməyə, qərarların qəbuluna, Avropa Birliyinin rəhbər orqanlarına öz adamlarını keçirməyə və digər məsələlərin həllinə ciddi təsir imkanlarını öz əllərində saxlamasına şərait yaradır. Əslində, 2014-cü il iyunun 26-27-də keçirilmiş Avropa İttifaqı Sammitinin nəticələri bu iddiaların heç də əsassız olmadığını göstərir.

Öz gözündə TİR görməmək

Maraqlıdır ki, Avropa İttifaqı ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar olsa da, Avropa Parlamenti onları müzakirəyə çıxarmaq və lazımi tədbirlər görmək istiqamətində heç bir iş görməyib. İslamafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması faktları əksər hallarda araşdırılmayıb. Söz və məlumat azadlığının pozulması, müstəqil QHT-lərin fəaliyyətinə müdaxilələr, bir çox hallarda ictimai rəyə təsir imkanı olan medianın və vətəndaş cəmiyyəti institutlarının susdurulması və ya müxtəlif qrantlar, yardımlar vasitəsilə satın alınması da geniş yayılıb. Avropa Parlamenti Brüsseldə, Londonda, Berlində, Parisdə, Ferqyusonda və digər paytaxtlarda və şəhərlərdə baş verən kobud insan hüquqları pozuntularını "görmür", ancaq Azərbaycan kimi ölkələrdə adi bir halı süni şəkildə qabartmaqla öz fəaliyyətinə prinsipiallıq donu geyindirməyə çalışır. Yaxud da Avropanın mərkəzində - Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının tikintisi, Berlindəki Brandenburq hava limanın inşası zamanı havaya sovrulan astronomik məbləğlər barədə hər hansı araşdırma aparmağı özünə rəva bilmir. Bircə onu qeyd etmək kifayətdir ki, layihə dəyəri 2 milyard avroya yaxın Brandenburq hava limanının hələ də natamam inşasına artıq 4.5 milyard avroya yaxın vəsait xərclənib. "Spiegel Online" isə yazır ki, bu məbləğ artıq 6.8 milyard dollara çatıb. Yəni qiymət ən azı 2.5 dəfə şişirdilib. Bu, Ermənistan kimi dövlətin büdcəsindən az qala 3 dəfə çoxdur. Ancaq Avropa Parlamenti ciddi korrupsiya və talançılıq problemini görmür, Martin Şults isə öz vətənində belə bir biabırçılığı araşdırmaq niyyətində deyil. Bunun əvəzində isə Azərbaycanla bağlı ağlasığmaz məslələr gündəliyinə çıxarılır, müzakirələr təşkil edilir, qətnamələr qəbul olunur. Təbii ki, belə ikili standartlar, ayrı-seçkilik Avropa dəyərlərini gözdən salır, Avropa İttifaqına etimadı azaldır. Avropa Parlamenti 751 üzvündən hər dəfə cəmi 40-50 nəfəri bir yerə toplayıb Azərbaycan əleyhinə qərar qəbul etməklə, özünü gülüş obyektinə çevirir. Bununla Avropa Parlamenti Avropa İttifaqının mühüm strukturu kimi nüfuzunu itirərək, tədricən 1957-ci ildə mövcud olan Kömür və Polad Birliyinə doğru addımlayır.

AV Araşdırma Mərkəzi

A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata sədri
Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib (FOTO)
Prezident İlham Əliyev: Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırırıq
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terror törədiblər - Firdovsi Əliyev
Prezident İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik
Sabunçuda aptek və evlərdən oğurluq edənlər saxlanılıb (FOTO/VİDEO)
Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən ruhi xəstə ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı
Ceyranbatan su kanalında batmış 18 yaşlı qızın meyiti tapılıb
ƏƏSMN-in elektron portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb
Saatlıda yas mərasimi aşkar edilib
Prezident İlham Əliyev: Ermənilər nəhəng istehkam tikməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyib
Azərbaycan nefti bahalaşır
Milli Məclisin növbəti plenar iclası başlayıb
Prezident İlham Əliyev: Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub
İşğaldan azad edilmiş ərazilərimizin kütləvi minalanmasına dair ABŞ-da televiziya verilişi yayımlanıb
Həftəlik hava proqnozu açıqlanıb
Bərdədə ad günü keçirənlər saxlanılıb
Kafedə bir nəfəri bıçaqla qətlə yetirən, bir neçə nəfəri yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)
Prezident İlham Əliyev: Dağıntılar Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan mədəniyyətinin irsini silmək üçün törədilib
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır
Bərdədə yas mərasimləri aşkar edilib
Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Salyanda yol polisi reyd keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq
Nöqsanlar aşkarlanan bu restoran bağlandı (FOTO)
Prezident İlham Əliyev: Münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır (YENİLƏNİB)
Azərbaycan dəmir yolları vasitəsi ilə yüklərin daşınması müzakirə olunub (FOTO)
Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Küçədə 8 koronavirus xəstəsi saxlanılıb, 3 nəfərə cinayət işi açılıb
Balakəndə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edib (FOTO/VİDEO)
25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Cəbrayıl və Qubadlıda jurnalistlərin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək
Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Ağ Şəhərdə yağış suları kollektorlarının çəkilişi davam edir (FOTO)
Siyəzəndə gənc qız kanalda batıb
Aprelin 13-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 016 nəfər yoluxub
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb
ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb
Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır
Türkiyədə son sutkada koronavirusdan 41 218 nəfər sağalıb
ABŞ-da naməlum şəxs məktəbdə atışma törədib, ölən var
Rusiyanın şərqində zəlzələ baş verib
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Bütün xəbərlər